Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Putin Zelenskiy-ni təbrik etməyə ‘hazır deyil’


Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy
Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, o Ukrayanın yeni prezidenti Volodymyr Zelenskiy-ni “Donbas tənzimləməsindəki” uğurlarına görə təbrik edəcək.

Rusiyanın dövlət TASS xəbər agentliyi mətbuat katibinə istinadən bildirir ki, Rusiyanın dövlət başçısı Ukraynanın yeni prezidenti ilə əlaqələrə daxil olmağı planlaşdırmır. Peskov jurnalistlərin “Putin Zelenskiy-ni inaqurasiya münasibəyilə təbrik edəcəkmi” sualının cavabında deyib:

“Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskiy-ni, əlbəttə, bunların baş verəcəyi təqdirdə, Donbasdakı nizamlama işindəki ilk uğurları və Rusiya-Ukrayna münasibətlərinin normallaşdırması münasibətilə təbrik edəcək”.

TASS yazır ki, Putinin sözçüsü onun Zelenskiy-ni inaqurasiya münasibətilə təbrik etməyəcəyini deyib:

Peskov “ilk uğurların” nədən ibarət olmalı olduğunu açmayıb, amma deyib ki, bunlar baş verəndə dərhal bilinəcək.

Ukraynanın cənub-şərqindəki münaqişənin tənzimlənməsi ilə bağlı Peskov deyib ki, Zelenskiy “bu ukraynadaxili problemi yalnız Minsk razılaşmalarında yer almış dəqiq plan əsasında həll edə bilər və etməlidir”.

Peskov əlavə edib ki, Putin hələlik Zelenskiy ilə əlaqəyə girməyi planlaşdırmır.

Kreml inandığını bildirir ki, Kiyevlə saxlanan şəxslərin mübadiləsi sahəsində danışıqlar Zelenskiy-nin hökuməti ilə də davam etdiriləcək.

Bununla belə Peskov işarə edib ki, danışıqların kiminlə aparılması da mühüm məsələdir.

Peskov bu danışıqların Ukraynada müxalif “Həyat Naminə” platformasının lideri Vyktor Medvedchuk-la aparlılıb-aparılmayacağı barədə suala müsbət cavab verib və bildirib ki, Medvedchuk-un birbaşa Putinlə əlaqəsi var və bu əlaqə bütün hallarda davam etdiriləcək.

Vyktor Medvedchuk Moskvaya və Putinə yaxın şəxs kimi tanıyır. Kreml ötən prezident seçkisində məhz onun namizədliyini dəstəkləyirdi.

https://tass.ru/politika/6448982

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG