Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:24

Putin Zelenskiy-dən birbaşa soruşub ki...


Volodymyr Zelenskiy (sağda) və Vladimir Putin
Volodymyr Zelenskiy (sağda) və Vladimir Putin

Ukrayna prezidenti Volodymyr Zelenskiy və onun rusiyalı həmkarı Vladimir Putin fevralın 14-də telefonla Normand formatında yeni sammitə hazırlığı və mümkün məhbus mübadiləsini müzakirə ediblər.

Zelenskiy-nin administrasiyasının bu barədə məlumatında deyilir:

"Volodymyr Zelenskiy və Vladimir Putin bu söhbət zamanı Donbasın müvəqqəti işğal altında olan ərazilərində, Krımda və Rusiya Federasiyasında saxlanan Ukrayna vətəndaşlarının azad edilməsinə xüsusi diqqət yetiriblər”.

Prezident seçkisində qalib gəldikdən sonra 41 yaşlı keçmiş komediya aktyoru Zelenskiy Rusiya ilə Ukrayna arasında çoxdan gözlənilən əsir mübadiləsini həyata keçirə bilib.

Əsir mübadiləsi ötən ilin sentyabr və dekabr aylarında gerçəkləşdirilib.

İki lider ilk dəfə olaraq dekabrda Parisdə Normand formatında keçirilən danışıqlarda görüşüblər.

Bu danışıqlarda Fransa və Almaniya da iştirak edir.

Lakin Kremlin fevralın 14-də yaydığı bəyanata görə Putin bu söhbət zamanı Zelenskiy-dən birbaşa soruşub: Kiyev 2015-ci ildə imzalanmış Minsk razılaşmalarını icra etmək niyyətindədirmi?

Bu razılaşmalar Belarus paytaxtında Fransa və Almaniyanın vasitəçiliyi ilə əldə olunmuşdu.

Razılaşmalara habelə Donbasda atəşkəsin bərqərar edilməsi də daxil idi. Lakin tərəflər arasında atəşkəsi saxlamaq mümkün olmayıb.

Kremlin bəyanatında deyilir:

"Rusiya prezidenti Minskdə razılaşdırılmış və 2019-cu il, 9 dekabr görüşü də daxil, Normand sammitində qəbul edilmiş bütün tədbir və qərarların tam və qeyd-şərtsiz icrasının mühümlüyünü vurğulayıb. Vladimir Putin birbaşa soruşub: Kiyev həqiqətən də Minsk razılaşmalarına əməl etmək niyyətindədirmi?”

Moskva və Kiyev arasında münasibətlər 2014-cü ildə Ukraynada rusiyayönlü prezident Viktor Yanukovych devrildikdən sonra düşmənçilik müstəvisinə keçib.

Bunun ardınca Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib və Donbasda bugünədək davam edən separatçı münaqişəni qızışdırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG