Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Trump yanğını söndürməyə Putinə kömək təklif edib


Yakutiya ərazisində meşə yanğını
Yakutiya ərazisində meşə yanğını

ABŞ Prezidenti Donald Trump Sibirdə meşə yanğınlarını söndürməkdə Rusiyaya köməyini təklif edib. Kreml Trump-ın rusiyalı həmkarı Vladimir Putinə zəng etdiyini bildirir.

Putin Trump-a narahat olduğuna görə “səmimi minnətdarlığını” çatdırıb, deyib ki, vəziyyət tələb edərsə, bu təklifi qəbul edə bilər.

Putin Trump-ın zəngini Birləşmiş Ştatlar və Rusiyanın bir gün münasibətləri tam bərpa edə biləcəyinin təminatı adlandırıb. İki lider telefon söhbətlərini davam etdirməyə, şəxsən görüşməyə razılaşıblar.

Bu telefon zəngindən cəmi iki gün öncə Birləşmiş Ştatlar Rusiyayla 1987-ci ildə imzalanmış Ortamənzilli Raket Qüvvələri Sazişindən çıxacağını bildirib.

Vladimir Putin (solda) və Donald Trump
Vladimir Putin (solda) və Donald Trump

Ağ evin yaydığı qısa bəyanatda deyilir ki, Trump “Sibirdəki böyük yanğınlardan narahatlığını bildirir. Liderlər iki ölkə arasında ticarəti müzakirə ediblər”.

2017-ci ildə hakimiyyətə gələndən Trump Putin-lə əlaqələri yaxşılaşdırmağa çalışır Konqres, ölkənin kəşfiyyat cameəsi, öz administrasiyasının bir çox üzvləri isə buna qarşıdır.

Onlar sonuncu dəfə iyunda Osaka Böyük Səkkizliyin sammitində görüşüblər.

Putin Trump-ım yanğının söndürülməsində konkret nə təklif etdiyini açıqlamayıb.

***

Putin meşə yanğınları ilə mübarizəyə ordunu göndərir

Rusiya prezidenti Vladimir Putin artıq bir neçə gündür ki, Sibirin geniş ərazilərində tüğyan edən meşə yanğınları ilə mübarizəyə ölkənin silahlı qüvvələrini cəlb edib.

Hava hərarətinin 30 dərəcədən yüksək olduğu şəraitdə ildırımlara görə törənmiş yanğınları güclü küləklər daha geniş əraziyə yayır.

Rusiyanın beş regionunda fövqəladə vəziyyət elan edilib.

Ekspertlər bildirirlər ki, Sibirdəki meşə yanğınlarının miqyası qlobal istiləşməni artıra və ətraf mühitdəki insanların və canlı aləmin həyatına dərhal təsir edə bilər.

Hakimiyyət orqanlarının iyulun 31-də verdiyi məlumata görə Rusiyanın mərkəzi və şərqi rayonlarında 3 milyon hektaradək ərazi yanğın içindədir.

Yanğınlardan qalxan tüstü hava nəqliyyatını pozub və Qərbi Sibir, habelə Altay regionlarının Çelyabinsk və Yekaterinburq da daxil bir çox şəhərlərini kül basıb.

Kremlin mətbuat xidməti Rusiya mediasına bildirib ki, fövqəladə hallar nazirinin məruzəsi ilə tanış olduqdan sonra prezident Putin Müdafiə Nazirliyinə yanğınlarla mübarizəyə qoşulmağı əmr edib.

İndiyədək meşə yanğınları ilə mübarizəyə 2700 yanğınsöndürən cəlb edilib.

INFOGRAPHIC: Russia In Flames
INFOGRAPHIC: Russia In Flames

Xəbər verilir ki, yanğınların ən çox təsirləndirdiyi Krasnoyaarsk regionuna 10 təyyarə və 10 helikopter göndərilib.

Kremlin mətbuat xidməti bildirir ki, İrkutsk regionundaki hərbi hissələr həyəcan vəziyyətinə gətirilib.

İyulun 31-də Krasnoyarsk şəhərinə səfər etmiş baş nazir Dmitry Medvedev deyib ki, Rusiya yanğınla mübarizə problemləri ilə bağlı Birləşmiş Ştatlar və başqa Qərb ölkələrindən “məsləhət” istəyə bilər.

Medvedev deyib ki, ABŞ-ın Alyaska ştatı və Avropa ölkələri də meşə yanğınları problemi ilə üzləşirlər.

Greenpeace təşkilatı bildirir ki, bu il Rusiya ərazisində 12 milyon hektar meşə yanaraq karbon qazının emissiyasını əhəmiyyətli şəkildə artırıb və meşələr bu həcmdə karbon qazının öhdəsindən gəlməyə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG