Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 22:03

'Ulduzlar cəbhəsi' Putinin prezidentliyə namizədliyini rəsmən irəli sürüb


Siyasətçilərdən, məşhurlardan və başqa tanınmışlardan ibarət Ümumrusiya Xalq Cəbhəsi (ÜRXC) 2018-ci ildə keçiriləcək prezident seçkisi üçün Vladimir Putinin namizədliyini rəsmən irəli sürüb.

ÜRXC-nin bu münasibətlə deklabrın 26-da Moskvada keçirilmiş toplantısında baleron Nikolay Tsiskaridze, rejissor Vladimir Xotinenko, aktyorlar Mixail Boyarski və Vladimir Maşkov, dizayner Valentin Yudaşkin, pianoçu Denis Matsuyev və xokkey veteranı Vladislav Tretyak da daxil 700 nəfər iştirak edirdi.

Bu toplantıda qrupun sədr əvəzi Yelena Şmelyova Putinin müstəqil namizəd kimi namizədliyinin rəsmən irəli sürüldüyünü elan edib.

Bu nominasiyada şəxsən iştirak etməyən Putin prezident seçkisində iştirak edəcəyini dekabrın 6-da bəyan etmişdi. Onun yüksək populyarlıq reytinqi, habelə bütün hakimiyyət strukturları üzərində tam nəzarəti 2018-ci ilin 18 mart seçkisində qələbə qazanacağına şübhə yeri qoymur.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin namizədliyinin qeydiyyatı üçün bütün lazımi sənədləri ehtimalən yeni ilədək təqdim edəcək.

Təhlilçilər bildirirlər ki, öz hakimiyyətinin legitimliyini təsdiqləmək üçün Putinə bu seçkidə böyük davamiyyət və inamlı qələbə lazımdır.

ÜRXC 2011-ci ildə baş nazir Putin Kremlə qayıtmaq niyyətində olduğunu elan etdikdən az əvvəl təsis edilmişdi. İndi bu təşkilat əvvəllər Putinin tamamilə güvəndiyi Vahid Rusiya kimi ona geniş dəstəyi təmin etməlidir.

Putin və onun müttəfiqləri deyirlər ki, o, 1990-cı illərin sonundakı xaos və separatçı müharibələrdən sonra Rusiyaya sabitlik gətirib.

Nominasiya toplantısında Sergey Novoxatski sualtı nüvə gəmisinin komandanı Pavel Loqaçov deyib ki, Putin ölkəni inqilablarsız və üsyanlarsız irəli aparmağa qadir liderdir.

Tənqidçiləri isə deyirlər ki, Putin Sovet İttifaqının dağılmasından sonra ölkəyə qədəm qoymuş demokratiya və insan haqlarının üstündən xətt çəkib. Onlar habelə qeyd edirlər ki, keçmiş DTK zabiti ölkəyə Sovet üsul-idarəçilyini qaytarıb və heç bir lüzum olmadan Qərb-Şərq qarşıdurmasına səbəb olub.

Putin prezidentliyə 2000-ci ilin martında seçilib. Bundan əvvəl Boris Yeltsin 1999-cu ilin son günündə istefasını bəyan etmişdi.

Putinin nominasiyasından bir gün əvvəl, dekabrın 25-də Rusiya Mərkəzi Seçki Komissiyası onun qatı rəqibi, antikorrupsiya fəalı Aleksey Navalnının prezidentliyə namizədliyinin təsdiqindən imtina edib.

Navalnı buna cavab olaraq 2018-ci il seçkisinin boykotuna çağırıb.

MSK bildirib ki, Navalnının üzərindəki mövcud məhkumluq onun prezident seçkisində iştirakına imkan vermir. Navalnı bu məhkumluğu siyasi motivli adlandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG