Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:21

Vladimir Putin Abxaziyada səfərdə olub


Vladimir Putin və Raul Khadzhimba,

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Gürcüstanın separatçı bölgəsi Abxaziyada işçi səfərdə olub.

Gürcüstan hakimiyyəti dərhal Putinin səfərinin qanunsuz və bunun təxribat olduğunu bəyan edib.

NATO ittifaqı da Putinin Abxaziyaya səfərindən narazılıq bildirib və qeyd edib ki, bu münaqişənin dinc yolla həllinə yönəlmiş səylərə ziyan vurur.

Qeyd edək ki, Putinin səfəri 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin 9-cu ildönümünə təsadüf edir.

Azadlıq Radiosunun məlumatına görə, Putin səfər zamanı Abxaziya lideri Raul Xadjimba (Raul Khadzhimba) ilə görüşüb.

Vladimir Putin və Raul Khadjimba
Vladimir Putin və Raul Khadjimba

Putin Rusiyanın Abxaziya ilə çox xüsusi münasibətləri olduğunu vurğulayıb.

“Abxaziya sakinləri, həmçinin ruslar və bura gələn qonaqlar bilməlidirlər ki, etibarlı müdafiə altındadırlar. Ən başlıcası odur ki, biz Abxaziyanın təhlükəsizliyi və sərbəstliyinə tam təminat veririk. Birləşmiş hərbi qrup çox yaxşı inkişaf edir, bizim gələcək adımlarla bağlı sövdələşməmiz var”, Putin deyib.

Qeyd edək ki, hazırda Abxaziyada Rusiyanın hərbi bazası var.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.

Qeyd

Rusiya 2008-ci il avqustun 8-də Cənubi Osetiyaya görə Gürcüstan ərazisinə hərbi texnika və canlı qüvvələr yeritdi.

İki ölkə arasındakı bu hərbi münaqişə 5 gün çəkdi.

Nəticədə Gürcüstan 200 dinc sakin də daxil olmaqla 400 nəfərdən çox itki verdi.

Rusiya tərəfi isə bu əməliyyatlarda 70-ə yaxın hərbçi itirdi.

Bundan başqa Rusiyanın bombardmanı nəticəsində 26 mindən çox Gürcüstan sakini qaçqın düşdü.

Rusiya müharibədən sonra Gürcüstanın separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil ölkə kimi tanıdı.

Amma Qərb ölkələri bu bölgələri Gürcüstanın tərkib hissəsi hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG