Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:20

İndi Rusiyada Putini ölülər də ‘tərifləyir’


Putin dekabrın 14-də keçirilmiş mətbuat konfransında
Putin dekabrın 14-də keçirilmiş mətbuat konfransında

Rusiya mediası yazır ki, dekabrın 14-də prezident Vladimir Putinin mətbuat konfransından dərhal sonra regional pabliklər Vkontakte sosial şəbəkəsində #ПутинКрут heşteqi ilə postlar yaymağa başlayıb. Lakin indi məlum olur ki, bu postların bir qismi fəal olmayan və ya hətta dünyasını dəyişmiş insanlara aiddir.

Məsələn Putinə tərif yağdıran postlardan biri dekabrın 15-də “Типичный железнодорожник” səhifəsində Lüdmila Brıkovanın adından yazılıb.

Bu hesab 2013-cü ildən bəri fəal olmayıb və bəzi məlumatlara görə xanım Brıkova artıq bu dünyada yoxdur.

Politeka saytında dərc edilmuiş məqalə “Kremlsayağı zombi-apokalipsis: Putin özünə ölülər arasında da tərəfdarlar tapıb” adlanır.

Məqalədə deyilir ki, Rusiyada seçkiqabağı kampaniya “gözlənilməz” mərhələyə qədəm qoyub.

Beləki bir neçə gün əvvəl Vkontakte şəbəkəsinin rusiyalı istifadəçiləri çoxdan aktiv olmayan hesablarda qəfil canlanmanın şahidi olublar.

Amma hesabların qeyri-fəal olması bəlkə də hay-küyə səbəb olmazdı, əgər onlardan bəzilərinin sahibləri artıq rəhmətlik olmasaydılar.

“Ölü canların” hesablarından yazılan postlar bir-birindən köçürülmüş şüarlardan ibarətdir və dövlət başçısının portretlərini onun çıxışlarından bəzi hikmətli kəlamlar müşayiət edir.

Bu plakatların əksəriyyətinin küncündə “Vahid Rusiyanın gənc qvardiyası” möhürü qoyulub.

Rusiya mediası yazır ki, bu xəbərlər faş olandan sonra postların bir çoxu yığışdırılıb, hesablar isə bloklanıb. Amma buna baxmayaraq bir çox postların skrinşotları sosial medianı dolaşmaqda davam edir. Bu skrinşotlarda hesab sahiblərinə “rəhmət” diləyənlərin postları görünür. Bu postlarda sözü gedən hesab sahiblərinin qohum-əqrabasına baş sağlığı verilir.

Vkontakte şəbəkəsinin mətbuat xidmətində belə halların olmasını etiraf ediblər. Vkontakte bildirir ki, sözü gedən hesablar hakerlər tərəfindən sındırılıb.

Amma necə deyərlər “üzr günahdan betər olub”.

Saxta postlara yazılan şərhlərdə nifrət, qəhqəhə, ikrah hissi və bol tənqid var.

Bəzi şərhlər
Bəzi şərhlər

İstifadəçi Dmitri Tretyak bu hadisəyə hətta şeir həsr edib. Şeirdə deyilir ki, “ay ölülər, bəsdir veyil-veyil yatdınız, Putinin müdafiəsinə qalxın, çünki yalnız siz bu hakimiyyətə tolerantsınız”.

İrina Utkina isə yada salır ki, Qoqol hələ öz vaxtında “Ölü canlar” əsərini yazıb. “Yalan və saxtakarlıq bizim hakimiyyətin hobbisidir”.

Denis Smirnov adlı istifadəçi isə yazır: “O vaxt mer seçkisində Sideshow Bob-a bütün Springfield qəbristanlığı səs vermişdi”.

Yuliana Demyanskayanın da şərhi maraqlıdır: “Vanqa düz deyibmiş: “Ölülər məzarlarından qalxıb dirilərlə yanaşı düzüləndə Rusiya böyük dövlət olacaq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG