Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:15

Putin və Paşinyan danışıblar


Arxiv fotosu
Arxiv fotosu

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan fevralın 17-də Dağlıq Qarabağ üzrə razılaşmaların iicrası məsələsini müzakirə ediblər.

Bu barədə məlumatı Rusiyanın dövlət TASS xəbər agentliyi Kremlin mətbuat xidmətinə istinadən yayıb.

Məlumatda deyilir ki, iki lider telefon söhbətində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyantlarından irəli gələn vəzifələrin praktik icrası məsələsini müzakirə ediblər.

Kreml bildirir ki, söhbət zamanı “Rusiya-Ermənistan əməkdaşlığının bir sıra aktual məsələlərinə də toxunulub”.

Putin və Paşinyan kontaktların müxtəlif səviyyələrdə saxlanması barədə razılığa gəliblər.

Ermənistan hökumətinin mətbuat xidməti isə bildirir ki, Paşinyan Putinlə söhbətində əsirlərin qaytarılması məsələsini qaldırıb:

"Söhbət zamanı hərbi əsirlərin, girovların və başqa saxlanan şəxslərin dərhal qaytarılmasının zəruriliyi vurğulanıb”.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG