Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:49

Minskdə Belarus-Rusiya ittifaqına etiraz edirlər (VIDEO)


Etirazçılar

Minskdə yüzlərlə adam son günlərdə ikinci dəfə Belarus və Rusiya arasında drin inteqrasiya planına qarşı etiraz aksiyasına çıxıb.

Etirazçılar dekabrın 20-də Belarus paytaxtının Oktyabr meydanından Müstəqillik meydanınadək yürüş ediblər.

Nümayişçilərin əllərində müstəqil Belarus Respublikasının qadağan olunmuş ağ-qırmızı bayraqları, Avropa İttifaqının bayraqları və anti-Rusiya plakatları vardı.

Rusiya və Belarusun ‘dərin inteqrasiyası’ hələ ki alınmır

Rusiya və Belarus arasında inteqrasiyanın dərinləşdirilməsinə dair yekun razılaşmaya üç kateqoriyadan olan məsələlər mane olur.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreshkin dekabrın 20-də Sankt Peterburqda iki ölkənin prezidentləri arasında keçirilmiş danışıqlardan sonra deyib ki, bunlar vergi, neft və qaz məsələləridir.

Oreshkin fikir ayrılığının mahiyyəti barədə açıqlama verməyib. O Alyaksandr Lukashenka ilə Vladimir Putin arasında növbəti danışıqların nə vaxt keçiriləcəyini də bildirməyib.

Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka dekabrın 20-də görüşdən sonra
Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka dekabrın 20-də görüşdən sonra

Rusiya nazirinin sözlərinə görə iki prezident arasında iki həftə bundan əvvəl keçirilmiş danışıqlardan sonra kənd təsərrüfatı, gömrük, rabitə və bir sıra başqa məsələlərdə irəliləyiş və razılaşma əldə etmək mümkün olub.

Oreshkin-in sözlərinə görə iki ölkə arasında inteqrasiya üçün “yol xəritəsində” hələ də razılaşdırılmamış 31 məsələ var.

Lukashenka Putinlə görüşdən əvvəl deyib ki, Minsk və Moskva arasındakı əməkdaşlıqda “nəhəng irəliləyiş” əldə olunub, amma problemlər də var.

Belarus və Rusiya prezidentləri arasında danışıqlardan dərhal sonra Avrasiya İqtisadi İttifaqının sammiti başlanıb.

Bu təşkilata Rusiya və Belarusdan başqa Qazaxıstan, Qırğızıstan və Ermənistan da daxildir.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, Putin və Lukashenka-nın konkret hansı sənədləri imzalayacağına və ya hansı məsələlərin artıq razılaşdırıldığına dair məlumat yoxdur.

Xəbər verilir ki, söhbət Rusiya və Belarusdan ibarət ittifaq dövlətində əməkdaşlığın dərinləşdirilməsindən gedir.

Belarus müxalifəti narahatdır ki, söhbət Minskin Moskvaya tabe etdirilməsindən və hətta Belarusun suvernlikdən imtina etməsindən gedir.

Dekabrın 21-də Minskdə müxalifətin etiraz aksiyası keçirilməlidir.

Putin və Lukashenka Belarusun suverenliyini itirməyəcəyində israr edirlər. Buna baxmayaraq tərəflər tez-tez kəskin bəyanatlarla çıxış edirlər.

Dekabrın 20-də keçirilən mətbuat konfransında Putin deyib ki, Rusiya Belarus iqtisadiyyatına dotasiyalar vermək niyyətində deyil, qazın güzəştli qiyməti barədə isə yalnız iki ölkə arasında vahid iqtisadi orqanların yaradılmasından sonra razılaşma əldə oluna bilər.

XS
SM
MD
LG