Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Erdoğan və Putin qaz kəmərinin açılışını etdilər


Soldan sağa: Bolqarıstanın baş naziri Boyko Borissov, Rusiya lideri Vladimir Putin, Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Serbiya prezidenti Aleksandar Vucic TürkAxını kəmərinin açılışında
Soldan sağa: Bolqarıstanın baş naziri Boyko Borissov, Rusiya lideri Vladimir Putin, Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Serbiya prezidenti Aleksandar Vucic TürkAxını kəmərinin açılışında

Yanvarın 8-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan və onun rusiyalı həmkarı Vladimir Putin Rusiya qazını Qara dənizin dibi ilə Türkiyə və Avropaya nəql edəcək qoşa kəmərin açılışını ediblər.

Bu qaz kəmərinin çəkilişi 2017-ci ilin mayından inşa edilirdi və təxminən 8 miyard dollara başa gəlib.

İnaqurasiyası yanvarın 8-də İstanbuldə keçirilən bu kəmər Rusiya qazının Ukrayna tranzitindən asılılığını azaltmaq məqsədi güdür.

Putin açılış mərasimində deyib ki, bu kəmər “bizim xalqlarımız, Avropa xalqları və bütün dünya xalqarının mənfəəti naminə əlaqə və əməkadaşlığın rəmzidir”.

TürkAxını kəmərinin xəritəsi
TürkAxını kəmərinin xəritəsi

Qara dənizin dibi ilə çəkilmiş 930 kilometrlik bu kəmər ildə 31, 5 milyard kibmetr Rusiya qazını Türkiyəyə nəql edəcək.

Bu qazın yarısı Türkiyədən Balkanlara və Bolqarıstan, Serbiya və Macarıstan da daxil Mərkəzi Avropaya nəql edilməlidir.

Buna görə də İstanbulda keçirilən mərasimə Serbiya və Bolqarıstan liderləri də qatılmışdılar.

Bolqarıstanın Bulgartransgaz şirkəti yanvarın 5-də bildirmişdi ki, Rusiya artlıq qazın bu kəmərlə verilişinə başlayıb.

Əslində bu kəmərin terminalı Bolqarıstan sərhədinin 20 kilomterliyində olan Türkiyə kəndi Kıyıköydə yerləşir.

Şərhçilər bildirirlər ki, hazırda Rusiyanın qaz strategiyası Ukrayna tranzitinə alternativ kəmərlərin çəkilməsi üzərində qurulub.

Rusiyadan Almaniyaya qaz nəql etməli olan ŞimalAxını1 və ŞimalAxını2 də həmin qəbildən olan layihələrdir.

Hazırda ABŞ ŞimalAxını2 layihəsində iştirak edən şirkətlərə sanksiyalar qoyub. Bu kəmərin cəmi 160 kilometrinin tikintisi qalıb. Buna baxmayaraq ABŞ sanksiyaları çəkilişi dayandırıb.

Bu da xəbər verilir ki, Putin və Erdoğan habelə Suriya və Liviyadakı vəziyyəti, habelə İran komandanı Soleimani-nin öldürülməsindən sonra İran və İraqda yaranmış gərginliyi müzakirə etməlidirlər.

Putin Türkiyəyə Suriyadan gəlib. O orada yanvarın 7-də prezident Bashar al-Assad-la görüşüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG