Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:58

Rusiyada sosial media Putinin Erdoğanla dondurma yeməsindən yazır


AzadlıqRadiosu Rus xidmətinin sosial şəbəkələr redaktoru Alya Ponomaryova yazır ki, Rusiyada sosial media istifadəçiləri Vladimir Putinin Türkiyə prezidenti Recep Tayyip Erdoğanla Jukovski şəhərində keçirilən MAKS aviasiya şousunda iştirakından, xüsusilə də Rusiya prezidentinin şou zamanı dondurma almasından bəhs edirlər.

Avqustun 27-də Rusiya mediası Vladimir Putinin iki il əvvəl də MAKS aviasalonunda dondurma almasından və həm bu il, həm də o vaxt dondurmanı prezidentə eyni qadının satmasından yazmışdı.

Bəzi saytlar bu qadının və Putinin “təsadüfən” rastlaşdığı başqa adamların ehtimalən Rusiya xüsusi xidmətlərinin əməkdaşları olmasını bildirirdi.

İndi isə Rusiyanın sosial media istifadəçiləri bu hadisənin ətrafında məzəli postlar yazmaqla məşğuldurlar.

Vitauskas adlı istifadəçi yazır:

“Heyrətamizdir! İnanmazsınız, amma sən demə MAKS avisalonunda Putin Erdoğanla birlikdə tamamilə təsadüfən dondurmanı iki il əvvəl ona və Roqozinə dondurma satan eyni qadından alıb. Sadəcə maraq üçün soruşuram. Görəsən dondurma satan qadının rütbəsi nədir?”

Sosial media istifadəçiləri həm də Putinin Federal Mühafizə Xidmətinin əməkdaşlarına regionların rəhbəri vəzifələrini paylamasını yada salıblar:

“FTX əməkdaşını satıcı vəzifəsində nə qədər saxlamaq olar? Ona artıq qubernator vəzifəsi vermək vaxtıdır”.

Başqa bir istifadəçi isə diktatorların aqibətindən yazıb:

“Kimlərsə təəccüb edirlər ki, Putin bütün dünya boyunca təkcə öz stəkanları və dequstatorları ilə deyil, həm də öz satıcıları ilə gəzir. Bu xoflu adamalrın qismətidir – həmişə sui-qəsddən qorxurlar. Onlar adətən bunkerdə, öz sidiklərinin içində ölürlər”.

Ponomaryova yazır ki, görünür, sözü gedən dondurma satıcısını adi Rusiya satıcılarından fərqlənməməsi üçün təlim ediblər. Məsələn onun qalıq vermək üçün pulu olmamalıdır və sair.

Satıcı, dondurmanı yemək üçün qaşıq istəyən Türkiyə prezidentinə “necə lazımdırsa” elə də cavab verib: “Yox, dişləyib yemək lazımdır”.

Amma kremlyönlü jurnalist satıcının hətta bu kobud cavabını da Rusiyanın xeyrinə şərh eləməyi bacarmalıdır.

Dmitry Smirnov adlı Twitter istifadəçisi yazır:

“Dünənki dondurma şousunun baş qəhrəmanı – Erdoğana qaşıq verməyən dondurma satıcısı qadın. O Türkiyə prezidentinə, “Yox, dişləyib yemək lazımdır” deyib”.

Bir çox kremlyönlü medialar Putinin dondurma almasını ayrıca xəbər mövzusu ediblər.

TASS dövlət xəbər agentliyi Putinin Jukovski şousunda dondurma yeməsinin tam xronolgiyasını dərc edib:

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG