Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

ABŞ Rusiyanın ‘Ukrayna referendumu təklifini’ nəzərdən keçirmir


Donetskdə "Donbasın xilaskarları" abidəsi
Donetskdə "Donbasın xilaskarları" abidəsi

ABŞ administrasiyası bildirib ki, iyulun 16-da keçirilmiş Helsinki sammitində Rusiya prezidenti Vladimir Putin tərəfindən Ukraynanın şərq regionlarında referendum keçirilməsi barədə təklifini “nəzərdən keçirmir”.

Məlum olduğu kimi Ukraynanın şərqində Moskva tərəfindən dəstəklənən separatçılar Kiyev hökumətinə qarşı döyüşürlər.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Garrett Marquis iyulun 20-də deyib ki, “belə bir referendumun legitimliyi olmazdı”.

İyulun 20-də habelə Rusiyanın ABŞ-dakı səfiri Anatoly Antonov deyib ki, Trump və Putin Ukraynanın şərqindəki münaqişəyə dair konkret təklifləri müzakirə ediblər.

Antonov deyib: “Bu məsələ müzakirə olunub”.

Trump da bundan əvvəl Twitter-də yazmışdı ki, o və Putin Helsinkidə Ukrayna münaqişəsini müzakirə ediblər. Lakin o Ukrayna müzakirələri ilə bağlı heç bir təfərrüatları açıqlamayıb.

Moskva Ukraynanın şərqindəki separatçıları dəstəklədiyini inkar etsə də, Beynəlxalq Cinayətlər Məhkəməsi 2016-cı ilin noyabrında çıxardığı hökmdə bu münaqişənin Ukrayna və Rusiya Federasiyası arasında getdiyini təsdiqləyib.

Bloomberg Trump-Putin danışıqları ilə yaxın mənbəyə istinadən yazır ki, Putin diplomatlara Trump-la referendum məsələsini müzakirə etdiyini deyib. Lakin o bildirib ki, bu barədə düşünməsi üçün Trump-a vaxt vermək üçün açıq bəyanat vermir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG