Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Poroşenko Putinin ‘qəribə təklifini’ BMT-də müzakirə etməyə hazırdır


Almaniya kansleri Angela Merkel (sağda) və Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilən G20 sammitində
Almaniya kansleri Angela Merkel (sağda) və Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilən G20 sammitində

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki münaqişə bölgəsində BMT sülhməramlı qüvvələrinin yerləşdirilməsi ideyasına baxmağa hazır olduğuna işarə edib.

Bu da qeyd olunmalıdır ki, Putin sülhməramlıların təkcə hökumət qoşunları ilə rusiyayönlü separatçılar arasındakı cəbhə xəttində deyil, həm də ATƏT müşahidəçilərinin olduğu başqa bölgələrdə yerləşdirilməsini mümkün sayır.

Kreml bildirib ki, bu qeydləri Putin sentyabrın 11-də Almaniya kansleri Angela Merkellə telefon danışığında edib.

Kremlin bəyanatında deyilir: "Vladimir Putin ATƏT-in Xüsusi Monitorinq Missiyasının (XMM) mühafizəsini həyata keçirmək məqsədilə BMT missiyasının təşkilinə dair Rusiyanın təşəbbüsünü müzakirə edib”.

Bəyanatda bu da deyilir ki, “iki lider BMT missiyasına dair Rusiya tərəfindən veriləcək qətnamə layihəsinin təkmilləşdirilməsi məsələsini müzakirə ediblər”.

Daha sonra Moskvanın bəyanatında deyilir ki, qətnamə layihəsi BMT sülhməramlılarının təkcə iki tərəf arasındakı təmas xəttində deyil, həm də ATƏT XMM-nın təftişlər keçirdiyi yerlərdə dislokasiya edilməsini nəzərdə tutur.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib ki, Merkel Rusiya tərəfinin təklifini bəyənib, lakin sülhməramlıların mandatının genişləndirilməsinə ehtiyac olduğunu deyib.

Sentyabrın 5-də Putin Ukraynanın şərqində ATƏT müşahidəçilərini qoruyacaq yüngül silahlanmış sülhməramılıların yerləşdirilməsinə çağırmışdı.

Lakin o bildirmişdi ki, sülhməramlıalr yalnız Ukrayna hökumət qoşunları ilə separatçıların arasındakı təmas xəttində yerləşdirilə bilər.

Digər tərəfdən Kiyev bu qənaətdədir ki, sülhməramlılar həm də Ukraynanın separatçıların nəzarətində olan Luqansk və Donetsk regionları ilə Rusiya arasındakı sərhəddə yerləşdirilməlidir.

Ukrayna bildirir ki, Rusiya separatçıları məhz bu sərhəd üstündən silah və canlı qüvvə ilə təchiz edir.

Ukrayna prezidenti Petro Poroşenko sentyabnrın 7-də deyib ki, “sülhməramlıların vəzifəsi Rusiyanın bu bölgədəkli hərbi mövcudluğunun leqallaşdırılması olmamalıdır”.

Poroşenko Putinin təklifini “qəribə” adlandırıb, lakin əlavə edib ki, istənilən təklifi BMT-də müzakirə etməyə hazırdır.

XS
SM
MD
LG