Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:16

Putin Trump-la G20 sammitində görüşə biləcəyini deyir


Vladimir Putin (sağda) və Donald Trump ötən il Helsinkidə keçirilmiş sammit zamanı

Rusiya prezidenti Vladimir Putin deyib ki, o ABŞ prezidenti Donald Trump-la G20 qrupunun gələn ay Yaponiyada keçiriləcək sammitində görüşə bilər.

Trump hələ mayın 13-də Putinlə bu sammitdə görüşmək planının olduğunu demişdi.

Mayın 15-də Soçi şəhərində Avstriya prezidenti Alexander Van der Bellenlə görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında Putin deyib ki, ABŞ daxilindəki şərait buna imkan verdiyi təqdirdə Rusiya Vaşinqtonla münasibətlərini mümkün qədər tez və tam normallaşdırmağa hazırdır:

"Biz açığıq, lakin bu bizdən asılı deyil, bizim amerikalı partnyorlarımızdan asılıdır. Onlar buna hazır olan kimi, onların daxili suiyasi vəziyyətləri əməkdaşlığa imkan verəcək şəkildə dəyişən kimi biz buna hazırıq”.

O ümid etdiyi bildirib ki, Moskva və Vaşinqton arasında münasibətlər normallaşacaq:

"Mən ümid edirəm ki, Moskva-Vaşinqton bağlarının dirçəldilməsinə imkan verən şərait, xüsusilə də heç bir sövdələşmənin olmadığını və Rusiyanın ABŞ seçkisinə heç vaxt qarışmadığını təsdiq edən Mueller hesabatından sonra, tədricən yaradılacaq”.

Putin mayın 14-də Soçiyə səfər etmiş ABŞ dövlət katibi Mike Pompeoya da demişdi ki, Moskva və Vaşinqton arasında bağların “tam bərpasına” ümid edir. O demişdi ki, Trump da həqiqətən bunu istəyir.

Kremlin müşavirlərindən Yury Ushakov daha sonra bildirib ki, Putin Vaşinqtondan rəsmi rica olduğu təqdirdə Trump-la görüşməyə açıq olacaq.

Lakin o əlavə edib ki, Ağ Evdən hələlik belə bir rəsmi müraciət olmayıb.

XS
SM
MD
LG