Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:00

Putin Trump-la görüşün 'faydalı', sanksiyaların 'mənasız' olduğunu deyir


Rusiya prezidenti Vladimir Putin deyib ki, onun keçən ay amerikalı həmkarı ilə keçirdiyi sammit “faydalı” olub. O əlavə edib ki, tərəflər bütün mövcud fikir fərqlərinin iki saatlıq görüş ərzində həll olunacağına ümid bəsləmirdilər.

Putin avqustun 22-də, Rusiya milli təhlükəsizlik katibi Nikolai Patrushev və ABŞ milli təhlükəsizlik müşaviri John Bolton arasında Cenevrədə keçiriləcək görüşdən bir gün əvvəl deyib ki, “rəy mübadiləsi və birbaşa söhbət həmişə çox faydalıdır”.

Moskva və Vaşinqton arasında münasibətlər Moskva Krımı qanunsuz ilhaq etdikdən və Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsi barədə iddialar qalxandan bəri pisləşməkdıə davam edir.

ABŞ prezidenti Donald Trump zaman-zaman Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının zəruriliyi barədə bəyanatlar verir, lakin onun iyul ayında Helsinkidə Putinlə üzbəüz görüşü də bu mənada heç bir dəyişiklik yaratmayıb.

Vaşinqton avqustun 21-də bəyan edib ki, Rusiya öz davranışını dəyişməsə, ABŞ onun üzərinə cəzalandırıcı sanksiylarının ağırlığını artıracaq.

Lakin avqustun 22-də Finlandiya prezidenti Sauli Niinisto ilə Soçidə keçirdiyi birgə mətbuat konfransında Putin ABŞ-ın Moskvaya qarşı sanksiyalarını “əks-nəticəli və mənasız” adlandırıb:

“Mən ümid edirəm ki, bir gün amerikalı partnyorlarımız sanksiyalar siyasətinin perspektivsiz olduğunu anlayacaqlar və biz normal şəkildə əməkdaşlığa başlayacağıq”.

Putin habelə Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək ŞimalAxını 2 qaz kəməri layihəsini müdafiə edib və bildirib ki, bu, Avropa üçün ən sərfəli layihədir.

Lakin Vaşinqton Avropanın Rusiya qazından asılılığını artıracaq bu layihəyə görə yeni sanksiyalar qoymaqla hədələyib.

Bundan əvvəl, avqustun 22-də Putin kurort şəhəri Soçidə ölkə Təhlükəsizlik Şurasını toplayaraq Moskvanın Vaşinqtonun sanksiyalarına mümkün reaksiyası məsələsini müzakirə edib.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Patrushev və Bolton avqustun 23-də “bir çox həssas məsələləri müzakirə edəcəklər”.

Kremlin sözçüsü deyib ki, Moskva və Vaşinqton arasında münasibətlər deqradasiya etməkdə davam edir və buna görə də tərəflər arasında “ortaq zəminin” tapılması zəruridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG