Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34

Trump Putin-ə nə deyib


Donald Trump (solda) və Vladimir Putin (Foto arxivdəndir)

ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-ə deyib ki, İsraillə Fələstin Muxtariyyəti arasında “davamlı sülhə doğru işləməyin vaxtıdır”. Ağ evin məlumatına görə, Trump bunu Putin-ə fevralın 12-də telefon söhbətində söyləyib.

Ağ evin bildirməsinə görə, Trump Putin-lə söhbətində “Şimali Koreyanın nüvəsizləşdirilməsinə doğru addım atılmasının vacibliyini” vurğulayıb.

Trump dəfələrlə gileylənib ki, Rusiya Şimali Koreyanın nüvə silahından əl çəkməsi üçün göstərməli olduğu təzyiqə əl atmır.

“Reuters” informasiya agentliyinə ötən ay verdiyi müsahibədə Trump Rusiyanı Şimali Koreyanın BMT sanksiyalarından yayınmasına kömək göstərməkdə suçlayıb. BMT-nin Təhlükəsizik Şurası həmin sanksiyaları Pxenyanın ballistik raket sınaqlarına görə qoyub.

***

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trump-la telefon söhbətində İsrail və Fələstin hakimiyyəti arasında yaranmış situasiyanı müzakirə edib.

Rusiya xəbər agentliklərinin yaydığı xəbərlərdə deyilir ki, iki lider, fevralın 12-də, Putinlə Fələstin prezidenti Mahmud Abbas arasında keçirilməli olan görüş ərəfəsində danışıblar.

TASS agentliyinin verdiyi xəbərə görə Putin qapalı keçirilən görüşdən əvvəl Mahmud Abbasa deyib: “Mən elə indicə Amerika prezidenti Trump-la danışdım. Təbiidir ki, biz İsrail-Fələstin münaqişəsi barədə danışırdıq”.

Putin bildirib ki, müzakirələr əsas etibarilə İsrail və fələstinlilər arasında fikir ayrılıqlarının aradan qaldırılması yolları üzərində cəmləşmişdi. Rusiya prezidenti deyib ki, hazırda regionda yaranmış vəziyyət Kremlin arzu etdiyi şəkildə deyil.

Rusiya xəbər agentlikləri bildirirlər ki, Abbas, fələstinlilərin İsraillə danışıqlarda Birləşmiş Ştatları yeganə vasitəçi kimi qəbul etmədiklərini deyib.

ABŞ və Fələstin hakimiyyəti arasında münasibətlər, dekabrın 6-da Donald Trump Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edəndən bəri pisləşib.

Fələstinlilər Şərqi Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı kimi görürlər. İsrail Şərqi Yerusəlimi işğal etdikdən sonra şəhəri bütövlükdə öz paytaxtı elan edib, lakin beynəlxalq icma bu aktı heç vaxt dəstəkləməyib.

İndi belə görünür ki, Mahmud Abbas yaranmış vəziyyətdə öz mövqeyini Rusiyanın dəstəyi hesabına möhkəmləndirmək istəyir.

Abbasın Moskvaya səfərindən iki həftə əvvəl İsrail baş naziri Benjamin Netanyahu Kremlin qonağı olmuşdu.

İlkin razılaşmaya əsasən Abbas Putinlə Qara dəniz sahilindəki Soçidə görüşməli idi, lakin Rusiya prezidenti fevralın 11-də Moskva yaxınlığında 71 nəfərin ölümü ilə nəticələnmiş təyyarə qəzasının ardınca paytaxtı tərk edə bilməyib.

Trump bu qəza ilə əlaqədar Putinə başsağlığı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG