Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

‘Rəqs həmkarı’ Katerina Tixonovanın Putinin qızı olduğunu təsdiq edib


Katerina Tikhonova və İvan Klimov 2014-cü ildə Polşada keçirilən Dünya Rock'n'Roll çempionatında
Katerina Tikhonova və İvan Klimov 2014-cü ildə Polşada keçirilən Dünya Rock'n'Roll çempionatında

Reuters xəbər verir ki, Kateriana Tixonovanın Dünya Rock‘n‘Roll Konfederasiyasındakı (World Rock‘n‘Roll Confederation - WRRC) həmkarı onun Rusiya prezidenti Vladimir Putinin kiçik qızı olduğunu təsdiq edib.

WRRC-nin hüquqi məsələlər üzrə vise-prezidenti Manfred Mohab noyabrın 26-da verdiyi müsahibədə deyib ki, Tixonovanı konfederasiyanın rəyasət heyətindəki birgə işi ilə əlaqədar tanıyıb.

Müsahibədə “Tixonovanın Putinin qızı olduğunu bilibmi” sualına Mohab “bəli, əlbəttə, mən onu tanıyıram” cavabını verib. O ikinci dəfə verilən eyni sualın cavabında da “bəli” deyib.

Reuters bildirir ki, Kreml və Tixonova bu barədə sorğulara şərh verməyiblər.

2015-ci ilin yanvarında RBK Tixonova haqqında yazan ilk Rusiya media qurumu olmuşdu. Buna baxmayaraq Kreml prezidentin ailəsi ilə bağlı heç bir məlumat vermir.

31 yaşlı Tixonova deyilənə görə, nənəsinin soyadını daşıyır. O WRRC-də genişlənmə və marketinq üzrə vise-prezidentdir.

Bu da deyilir ki, Tixonova Moskva Universitetində dövlət tərəfindən maliyyələşdirilən layihələrə başçılıq edir.

O Putinin köhnə dostunun oğlu Kiril Şamalovun arvadıdır.

XS
SM
MD
LG