Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Putin Suriyada Fərat boyunca İŞİD-in “tam məğlubiyyətini” elan edib


Dekabrın 6-da Rusiyanın Nijnı Novqorod şəhərinə səfəri əsnasında Putin Suriyada "terrorçuların tam məğlub edildiyini" deyib
Dekabrın 6-da Rusiyanın Nijnı Novqorod şəhərinə səfəri əsnasında Putin Suriyada "terrorçuların tam məğlub edildiyini" deyib

Rusiya prezidenti Vladimir Putin İslam Dövləti ekstremist qruplaşmasının (İD) şərqi Suriyada Fərat çayı boyunca “tam məğlubiyyətə” uğradığını bəyan edib.

Dekabrın 6-da Rusiyanın Nijnı Novqorod şəhərinə səfəri əsnasında Putin deyib ki, müdafiə naziri Sergey Şoyqu ona “Fərat çayının qərb və şərq sahillərində bütün hərbi əməliyyatların terrorçuların tam məğlubiyyəti ilə başa çatması barədə məruzə edib”.

Bununla yanaşı Rusiya prezidenti bəzi yerlərdə müqavimət ocaqlarının qaldığını etiraf edib.

Putin bəyan edib ki, bunun ardınca heç şübhəsiz “siyasi prosesə” başlanması növbəti mərhələ olmalıdır.

Suriyada 2011-ci ilin martında münaqişənin başlanmasından bəri 330 min nəfər öldürülüb və milyonlarla insan evlərindən didərgin düşüb.

Rusiya bu münaqişədə prezident Bashar al-Assad-ın rejimini dəstəkləyir və hökumət qüvvələrinə havadan zərbələrlə kömək edir. Birləşmiş Ştatlar və Türkiyə münaqişədə antihökumət qiyamçılarını dəstəkləyirlər.

Bu münaqişədə İran da Assad-a kömək edir. İD bütün tərəflərə qarşı döyüşmək məcburiyyətindədir. Təşkilat ölkədəki əksər istehkamlarından çıxarılıb.

Fərat çayı ilə iki hissəyə ayrılmış Deyr əz-Zor İŞİD döyüşçülərinin son sığınacaqlarından biridir.

Dekabrın 6-da buradakı müşahidə qrupu bildirib ki, Rusiya aviasiyasının raket zərbələri nəticəsində İD ekstremistlərinin nəzarətində olan kənddə uşaqlar da daxil azı 21 mülki şəxs həlak olub.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupunun verdiyi məlumata görə Rusiya aviasiyasının hava zərbələri kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə dəstək üçün endirilmişdi.

AzadlqıRadiosu xəbər verir ki, Rusiyanın hərbi təyyarələri Deyr ez-Zor regionunda əsasən İD-ə qarşı döyüşən Suriya hökumət qoşunlarına və şiə silahlılara kömək edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG