Keçid linkləri

2026, 29 May, cümə, Bakı vaxtı 19:27

VTsIOM sorğu metodologiyasını dəyişdi, Putinin reytinqi qalxmadı

Vladimir Putin
Vladimir Putin

Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzi (VTsIOM) prezident Vladimir Putinin fəaliyyətinə dəstək səviyyəsinin yenidən azaldığını qeydə alıb. Mərkəzin məlumatına görə, Putinin fəaliyyətini bəyənənlərin sayı əvvəlki həftə ilə müqayisədə 1.9 faiz azalaraq 67.5 faizə enib.

Mayın ortalarında Putinin reytinqinin bir neçə həftə ardıcıl düşməsindən sonra VTsIOM sorğu metodologiyasını rəsmən dəyişib. Artıq rəy sorğuları yalnız telefonla deyil, həm də evlərdə üzbəüz aparılmağa başlayıb. Bu dəyişiklikdən dərhal sonra Putinin reytinqi 1.2 faiz artaraq 66.8 faizə yüksəlmişdi.

VTsIOM reytinqləri hər həftənin cümə günü Moskva vaxtı ilə saat 10:00-da dərc edir. Lakin mayın 1-də və uzunmüddətli tətil günlərindən sonrakı ilk iş günündə nəticələr yayımlanmayıb. Həmin vaxtadək Putinin reytinqi ardıcıl yeddi həftə idi ki, enirdi.

Mərkəzin son məlumatlarına görə, Putinə etimadla bağlı birbaşa suala respondentlərin 73.7 faizi müsbət cavab verib. Bu göstərici əvvəlki həftəyə nisbətən 0.1 faiz bəndi aşağıdır. Hakim "Vahid Rusiya" Partiyasına dəstək səviyyəsi də 0.4 faiz bəndi azalaraq 32.7 faizə düşüb.

Bəzi şərhçilər Putinin reytinqindəki azalmanı internet məhdudiyyətlərindən narazılıq və artan iqtisadi problemlərlə əlaqələndirirlər. Kreml isə Rusiya prezidentinin reytinqinin düşməsini şərh etməyib.

XS
SM
MD
LG