Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:51

Putin Rusiyanın da yeni raketlər yarada biləcəyini deyir


Vladimir Putin avqustun 5-də Rusiya təhlükəsizlik şurasının iclasını keçirib
Vladimir Putin avqustun 5-də Rusiya təhlükəsizlik şurasının iclasını keçirib

Prezident Vladimir Putin deyib ki, Birləşmiş Ştatlar yerdən atılan yaxın və ortamənzilli raketlərin istehsalına başlayarsa, Rusiya da belə silahların yaradılmasına başlayacaq.

Avqustun 2-də Ortamənzilli Raketlərə dair 1987-ci il Müqaviləsi etibarlığını itirib.

Vladimir Putin deyib:

"Əgər Rusiya Birləşmiş Ştatların belə sistemlərin layihələndirilməsini başa çatdırdığına və onların istehsalına başladığına dair etibarlı informasiya əldə edərsə, Rusiyanın buna bənzər raketlərin tammiqyaslı yaradılmasına keçməkdən başqa yolu qalmayacaq”.

Putinin bu bəyanatından əvvəl, avqustun 2-də Birləşmiş Ştatlar qısa adı INF olan 1987-ci il müqaviləsindən rəsmən çıxdığını bildirib.

Bu müqavilə 1987-ci ildə ovaxtkı SSRİ və ABŞ prezidentləri Mikhail Gorbachev və Ronald Reagan tərəfindən imzalanmışdı.

Donald Trump fevralın 1-də Birləşmiş Ştatları INF sazişindən çıxarmaq niyyətində olduğiunu bəyan edəndə, Moskva da bu müqavilədəki iştirakını dayandırdığını bildirmişdi.

İkitərəfli INF Müqaviləsi Sovet İttifaqının və Birləşmiş Ştatların 500 kilometrdən 5500 kilometrədək uça bilən və yerdən atılan qitələrarası ballistik raketlərin layihələndirməsini, istehsalını və yerləşdirməsini qadağan etmişdi.

Hazırda ABŞ və NATO Rusiyanı 9M729 və SSC-8 adlı raketin yerləşdirilməsi ilə INF-nin şərtlərini pozmaqda ittiham edirlər.

Moskva bu raketin 500 kilometrdən uzağa uçmadığında və deməli müqavilənin şərtlərini pozmadığında israr edir.

Rusiya bildirir ki, ABŞ-ın bu müqavilədən çıxmaqdan məqsədi yeni silahlanma yarışına başlamaqdır.

Putin avqustun 5-də müqavilənin pozulmasına görə ABŞ-ı ittiham etsə də, bildirib ki, Moskva və Vaşinqtonun silahlara nəzarətə dair danışıqlara başlaması zəruridir:

"Qaydasız, məhdudiyyətsiz və qanunsuz xaosdan yan keçmək üçün biz bir d ha bütün təhlükəli nəticələri ölçüb-biçməliyik və hər hansı ikimənalıqdan azad, ciddi və mənalı dialoq qurmalıyıq”.

Trump avqustun 2-də demişdi ki, o Rusiya ilə nüvə qüvvələrinin azaldılmasına dair yeni saziş barədə danışıqlara başlamaq istərdi. O habelə bildirmişdi ki, belə bir sazişdə Çin də iştirak edə bilər.

Pekin bu bəyanata cavab olaraq bildirib ki, onun heç bir vəchlə “INF müqaviləsini çoxtərəfli sazişə çevirmək niyyəti yoxdur”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG