Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

WSJ: "Putinin "getmək" kimi lüksü yoxdur"


ABŞ-ın "Wall Street Journal" qəzeti martın 10-da yazır ki, görünən odur ki, Rusiya prezidenti Vladimir Putin 80 yaşlarına qədər prezident olmaq istəyir. Belə ki, Konstitusiyaya düzəlişlər qüvvəyə minsə, 67 yaşlı prezident iki dəfə də altı illik müddətinə bu kürsüdə otura biləcək.

Qəzet yazır ki, hansı hakimin cürəti çatıb bu düzəlişləri təsdiqləməyə bilər ki?!

Rusiya Parlamentinin aşağı palatası – Dövlət Duması prezident Vladimir Putinə 2024-cü ildə bir daha prezidentliyə namizədliyini verməsinə imkan yaradan Konstitusiya düzəlişini qəbul edib.

Rusiyanın hazırkı Konstitusiyası bir nəfərə yalnız iki 6 illik müddətə prezident olmaq icazəsi verir.

Orta polyak və macar ruslardan yaxşı yaşayır

Qəzet yazır ki, Rusiyada indi vəziyyət pisdir-əsasən enerji ixracından asılıdır.

Orta ömür ABŞ-da 1970-ci illərdəki orta ömür səviyyəsindədir.

Milyonlarla rusiyalı bilir ki, orta statistik macar və polyakın həyat səviyyəsi onlardan yaxşıdır. Bütün bunlar Putinin nüfuzunu aşağı salır.

Məqalədə deyilir ki, Rusiya prezidentinin xaricdəki hərbi əməliyyatları da ölkə daxilində öz nüfuzunu saxlamaq üçündür.

Qəzet yazır ki, başqa avtoritar rəhbərlər kimi Putinin hakimiyyətdən getmək lüksü yoxdur, çünki belə edərsə özünün və vassallarının topladığı var-dövlət əlindən çıxa bilər

XS
SM
MD
LG