Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

Putinin konstitusiyaya təklif etdiyi düzəlişlər


Rusiya prezidenti Vladimir Putin, 15 yanvar, 2020
Rusiya prezidenti Vladimir Putin, 15 yanvar, 2020

Rusiya prezidenti Vladimir Putin ölkə konstitusiyasına bir sıra düzəlişlər edilməsini təklif edib. O belə bir təkliflə yanvarın 15-də Federal Məclisə illik müraciətində çıxış edib.

Prezidentin səlahiyyətlərinin bir qismini Dövlət Dumasına vermək.

Parlamentə, baş nazir və onun müavinlərinə namizədləri, habelə federal nazirləri təsdiqləmək hüququ verilsin.Belə ki, Prezident təklif olunan namizədləri qəbul etməli və onları rədd etmək hüququ olmamalıdır.

Amma Putin qeyd edib ki, etimadı itirəcəkləri halda, dövlət başçısının baş nazir və digər məmurları işdən kənarlaşdırmaq hüququ olacaq.Həmçinin silahlı qüvvələrə rəhbərlik prezidentdə qalacaq, amma güc qurumlarının rəhbərlərini o, Federasiya Şurasının razılığı ilə tyin etməli olacaq.

Hazırda Dövlət Duması prezidentə, yalnız baş nazirin namizədliyində razılıq verir və hökumətin formalaşmasında iştirak eləmir.

İki müddət “dalbadal”

Putin, prezidentin iki müddətdən artıq seçirilməsinə imkan açan “dalbadal” sözünün Konstitusiyadan çıxarılmasının müzakirəsini təklif edib. Prezidentin sözlərinə görə, o bunu prinsipial dəyişiklik hesab eləmir. Baxmayaraq ki, məhz konstitusiyadakı “dalbadal” sözünə görə 2000-2008-ci illərdəki iki müddətdən sonra 2012-ci ildə yenidən prezident seçilib.

Xarici vətəndaşlığın qadağan edilməsi və digər məhdudiyyətlər.

Eyni zamanda, Vladimir Putin Konstitusiyaya, prezidentliyə namizədin ən azı 25 il Rusiyada yaşamasını nəzərdə tutan düzəliş edilməsini təklif edib.

Namizədin həmçinin xarici vətəndaşlığı və ya başqa ölkədə yaşamaq icazəsi olmamalıdır. Özü də təkcə seçkidə iştirak zamanı yox, ümumiyyətlə. Putin qeyd edib ki, bu dövlət orqanlarında vacib vəzifələr tutanlar,xüsusilə qubernatorlar, deputatlar, federal nazirlər, federal orqanların rəhbərləri və hakimlərə də şamil olunmalıdır.

Beynəlxalq hüquqda prioritetlər.

“Bu o deməkdir ki, beynəlxalq qanunvericiliyin tələb və hökmləri, o cümlədən beynəlxalq orqanların qərarları Rusiyada yalnız o halda işləyə bilər ki, onlar Rusiya Konstitusiyasına zidd olmasın”,Putin vurğulayıb. Onun sözlərinə görə, bu ölkənin suverenliyinə təminat verəcək.

“Vətəndaş səsverməsi”

Vladimir Putin bütün konstitusiya düzəlişləri ilə bağlı " vətəndaş səsverməsi" keçirilməsini təklif edib.

Mərkəzi seçki komissiyasının (MSK) rəhbəri Ella Pamfilova Konstitusiyaya dəyişikliklərinin rəsmi şəkildə formalaşdırılmasından sonra, MSK-ın istənilən vaxt belə bir səsvermə təşkil etməyə hazır olduğunu bildirib.

Amma beynəlxalq hüquq məsələsi istisna olmaqla, Vladimir Putinin təklif etdiyi digər dəyişiklikləri xalq səsverməsi olmadan da qəbul etmək olar, onlar parlamentdə səsvermə yolu ilə də qəbul edilə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG