“Rosselxozbank”ın sədri Boris Listovun ailəsinin Monakoda 2 mənzili, yaxtası, həminin Moskvada 4 elit mənzili var.
AzadlıqRadiosu Rusiya xidmətinin “Proyekt” nəşrinin araşdırmasına istinadla verdiyi məlumata görə, Listov 1990-cı illərdə prezident Vladimir Putinin qonşusu olub.
Mənbə yazır ki, o bu yay milyarder Arkadi Rotenberqin iştirakı ilə “Rosselxozbank”ın sədri təyin edilib.
Kütləvi informasiya vasitələri Rotenberqin Putinin dostu olduğunu yazırlar.
Məlumata görə Maltada Listovun həyat yoldaşının adına milyonyarım avroluq kapitalı olan şirkət qeydiyyatdan keçirilib.
Araşdırmaya əsasən Monakodakı mənzillər və yaxtanın qiyməti ümumilikdə Listovun 17 illik maaşına bərabərdir.
“Rosselxozbank”ın mətbuat xidməti məlumatı şərh etməkdən imtina edib.
Vladimir Putinin mətbuat katibi Dimitry Peskov,Listovun özü və həyat yoldaşı da məsələni şərh etmək idtəməyiblər.