Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

‘Putin rejiminin repressiyalarına’ qarşı məktub yazılıb


Təkadamlıq piketçilərdən biri
Təkadamlıq piketçilərdən biri

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, yüzədək Amerika və Avropa ictimai xadimi Rusiyadakı repressiyalarla bağlı açıq məktubu imzalayıb.

The Moscow Times xəbər verir ki, məktub Mikhail Khodorkovsky-nin vətəndaş cəmiyyətinə dəstək qrupu tərəfindən tərtib edilib.

Bu məktubu imzalayanların arasında britaniyalı aktyor və yazıçı Stephen Fray, Nobel mükafatı laureatı Herta Müller, İrlandiya, Litva və Bolqarıstanın keçmiş prezidentləri, habelə məşhur “Taxtlar oyunu” serialının ssenaristləri David Benioff və Daniel Weiss da var.

"Biz, azad dünyanın demokratiyanın gəcəyindən narahat olan sakinləri, Moskvada və Rusiyanın başqa şəhərlərində son aylar ərzində baş verıən hadisələri həyəcanla izləyirik. Rusiya vətəndaşları, biz azad dünya adamlarının təbii haqqımız kimi qəbul etdiyi hüquqlarını tələb edirlər”.

“Taxtlar oyunu” serialının ssenaristləri David Benioff və Daniel Weiss
“Taxtlar oyunu” serialının ssenaristləri David Benioff və Daniel Weiss

Məktubu imzalayanlar “demokratiya və insan haqlarına biganə olmayan” hər bir kəsi “prezident Putin rejiminin törətdiyi qanunsuzluqları” dayandırmağa çağırırlar.

Onlar Rusiyanın hakimiyyət orqanlarından dinc nümayişlərdə iştirak etmiş fəallara qarşı cinayət təqibinin dayandırılmasını, habelə bu aksiyalarda “əsassız olaraq aşırı zor tətbiq etmiş” polislərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Bundan əvvəl “Moskva işi” kimi tanınan cinayət işi üzrə ittiham olunanları onlarca mədəniyyət xadimi, Rusiya Pravoslav Kilsəsinin ruhaniləri, müəllimlər və Moskva Dumasına seçilmiş deputatlar müdafiə etmişdilər.

Onlar Rusiyadakı siyasi repressiyaların dayandırılmasına və İstintaq Komitəsinin Moskva etirazlarından sonra başlatdığı “kütləvi iğtişaşlara” dair cinayət işinin bağlanmasına çağırıblar.

AzadlıqRadiosu yazır ki, “Moskva işi” kimi tanınan iş üzrə 16 nəfər həbs edilib.

Onlardan 6-sı ümumikdıə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Bu adamlar Moskva Şəhər Duması seçkisində namizədlikləri qeydə alınmayan şəxslərin müdafiəsi üçün keçirilən icazəsiz aksiyada polislə toqquşmalara görə məhkum ediliblər.

Bunların arasında aktyor Pavel Ustinov da var. Sentyabrın 16-da keçirilmiş məhkəmə ona 3 il yarım iş kəsib. O Rusiya Qvardiyası əməkdaşının çiynini çıxarmaqda ittiham olunur. Akltyor bu ittihamı rədd edir.

İnsan haqları fəalları bildirirlər ki, sözü gedən etiraz aksiyalarında hakimiyyət orqanlarının dediyi kimi “kütləvi iğtişaş” baş verməyib və “polislərə qarşı güc tətbiq olunmayıb”.

Onlar ittiham edilən fəallara qarşı cinayət işlərinin əksəriyyətini “qondarma” hesab edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG