Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyun, şənbə, Bakı vaxtı 07:56

Bir nömrəli namizədin problemi var: O bir o qədər də birinci deyil...


AzadlıqRadiosu yazır ki, Rusiyanın az qala bütün telekanallarında prezidentliyə namizəd Pavel Qrudininə qarşı açıq və dağıdıcı kampaniyaya başlayıblar.

Görəsən Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) qeyri-kommunist namizədi niyə belə qəzəbə gəlib?

Rusiya telekanalları Qrudinini ofşor hesablarda və xarici banklarda gizli sərvət saxlamaqda, onun Lenin kolxozundakı çiyələk təsərrüfatını əslində başqa şübhəli əməllərini pərdələmək üçün yaratmaqda, oğlunun Latviyadakı mülkiyyətini gizlətməkdə və hətta arvadının “NATO üzvü Latviyanın vətəndaşı” olmasına görə ittiham edirlər.

Qrudininə qarşı telehücumun komandanlığını yenə də Rossia telekanalının aparıcısı Dmitri Kiselyova tapşırıblar.

Bu barədə Rusiya mediasında da yazırlar və Qrudininə edilən hücumlara Exo Moskvı radiosu aydınlıq gətirir.

Radionun internet saytında dərc olunmuş məqalədə deyilir ki, Rusiyada seçki kampaniyası müddətində yalnız Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinə rəy sorğularının aparılması üçün icazə verilib. Bu təşkilat isə son günlər eyni statistik məlumatları “tutuquşu kimi” təkrar edir: Putini seçicilərin 69, 5 faizi, Qrudinini 7, 5 faizi, Jirinovskini 5, 3 faizi dəstəkləyir.

Məqalədə deyilir ki, belə görünür, rəy sorğusu həftədən-həftəyə eyni respondentlərin arasında aparılır və təxminən eyni nəticələr alınır. Amma hər halda bu vaxtadək heç kəsin tanımadığı kolxoz sədrinin hətta rəsmi statistikada da Jirinovskini geridə qoyması maraqlı görünür. Belə başa düşmək olar ki, Kremli də narahat edən budur.

Exo Moskvı radiosunun məqaləsində deyilir ki, “hökumət bizi, istedadlı, smartfonlu-kompüterli rusları axmaq yerinə qoyub”.

Məqalədə qeyd olunur ki, müxtəlif internet-resurslarda aparılan rəy sorğuları Kremlin sifariş etdiyi sorğudakından tam fərqli nəticəyə gəlib.

Məsələn, elə Rusiya kommunistlərinin internet saytında dərc olunmuş nəticələrə görə Qrudinini seçicilərin 49, Putini 20, Jirinovskini isə 3 faizi dəstəkləyir. Ümumiyyətlə, isə kommunistlərin saytı ən müxtəlif resurslardakı nəticələri dərc edib.

Exo Moskvı isə öz növbəsində müxtəlif rəy sorğularının nəticələrini ümumiləşdirib və ümumi nəticə belə olub: Qrudinin 51 faiz, Putin 19 faiz, Jirinovski 3, 14 faiz.

Dmitri Kiselyov
Dmitri Kiselyov

Məqalədə deyilir ki, əgər bütün bu rəqəmlər doğrulsa, “bizi böyük bir ehtimalla ikinci tur gözləyir”.

Xatırladılır ki, belə bir vəziyyət Rusiyada 1997-ci ildən bəri olmayıb. Yeri gəlmişkən o vaxt da kommunistlərin Yeltsinə qalib gəldikləri deyilirdi.

Exo Moskvı Putinin seçilməyəcəyindən qorxanlara qorxmamağı məsləhət görüb: Axı prezidentin özü Rostovda keçirdiyi görüşdə qalib gəlməsə, kombaynçılıq edəcəyini bildirmişdi.

“Odur ki, variantlat var” – deyilir məqalədə.

Günün bütün mövzuları

XS
SM
MD
LG