Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 13:18

Putin: ‘Qarabağ razılaşmasının icrasının ləngidilməsinin alternativi müharibədir’


Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də Novo-Oqaryovadakı iqamətgahından Dağlıq Qarabağa dair geniş videomüşavirə keçirib.

Bu müşavirədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rusiya xarici işlər naziri Sergey Lavrov, maliyyə naziri Anton Siluanov, enerji naziri Aleksandr Novak iştirak edirdilər.

Müşavirə zamanı Dağlıq Qarabağ bölgəsindəki əhaliyə humanitar yardımın göstərilməsinin mühümlüyü vurğulanıb.

Rusiya prezidenti Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının işini yüksək qiymətləndirib.

Vladimir Putin xatırladıb ki, Rusiyanın Dağlıq Qarabağdakı bütün humanitar səyləri Erməni və Azərbaycan xalqlarının rifahına yönəldilməlidir.

Putin habelə deyib ki, Rusiyanı Azərbaycan və Ermənistanla “çoxəsrlik əlaqələr bağlayır”.

90 min erməni, 45 min azərbaycanlı

Bu da bildirilib ki, münaqişə bölgəsindən olan 90 min erməniyə və 45 min azərbaycanlıya humanitar yardım göstərilməlidir.

Müşavirədə konkret olaraq kimlərdən bəhs olunduğu açıqlanmayıb, amma güman etmək olar ki, 44 günlük müharibə zamanı təsirlənmiş azərbaycanlı və erməni sakinlər nəzərdə tutulur.

Söhbət ilk növbədə dağıdılmış evlərin bərpasından, elektrik enerjisinin verilməsindən və infrastrukturun qaydaya salınmasından gedir.

Vladimir Putin bu prosesdə beynəlxalq təşkilatların, xüsusilə də BMT Ərzaq Proqramının, UNESCO və UNICEF-in iştirakının mühümlüyünü vurğulayıb.

Azad olunan ərazilərdə ermənilər ola bilər

Müşavirə zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış atəşkəs razılaşmasının icrasının yubadılması cəhdlərindən söz açıb.

Lavrov söhbətin konkret olaraq nədən getməsini açıqlamasa da, Vladimir Putinin bu məsələyə reaksiyasından belə görünür ki, razılaşma nəticəsində Azərbaycanın nəzarətinə keçməli olan ərazilərin Ermənistan silahlı qüvvələrindən boşaldılması nəzərdə tutulurdu.

Putin deyib ki, bu prosesi ləngidənlər alternativin müharibə olduğunu başa düşməlidirlər.

Lavrov bunu da qeyd edib ki, Azərbaycanın nəzarətinə keçən ərazilərdə, “xüsusən də Şuşada”erməni əhalisi nümayəndələrinin qalması ehtimalı var.

Vladimir Putin xatırladıb ki, o bu kimi məsələləri Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG