Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 07:52

Putin 'qəfildən' Suriyaya gəlib, Assadla görüşüb


Vladimir Putin yanvarın 7-də Suriya prezidenti Bashar al-Assadla birlikdə Dəməşqdəki pravoslav kilsələrindən birinə baş çəkib
Vladimir Putin yanvarın 7-də Suriya prezidenti Bashar al-Assadla birlikdə Dəməşqdəki pravoslav kilsələrindən birinə baş çəkib

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, prezident Vladimir Putin yanvarın 7-də Suriyanın paytaxtı Dəməşq şəhərinə gəlib.

Bu səfər barədə əvvəlcədən xəbər verilməmişdi.

Rusiya xəbər agentlikləri Kremlin mətbuat katibi Dmitry Peskova istinadən yazır ki, Putin elə hava limanından Rusiya qoşunlarının yerləşdiyi hərbi bazaya yollanıb.

O burada Suriya prezidenti Bashar al-Assadla görüşüb.

Peskovun sözlərinə görə, Putin görüş zamanı deyib ki, “Suriya dövlətçiliyinin və ölkənin ərazi bütövlüyünün bərpasında uzun yol keçilib”.

Assad onun hökumətinə göstərilən dəstəyə görə Rusiya prezidentinə minnətdarlığını bildirib.

Putini bu səfərdə Rusiyanın müdafiə naziri Sergei Shoigu müşayiət edir.

Şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, Putin Suriyaya Yaxın Şərqdə İran generalı Qasem Soleimani-nin ABŞ tərəfindən öldürülməsinin ardınca yaranmış gərgin vəziyyətdə gəlib.

İran da Rusiya kimi Bashar al-Assadın rejiminə qiyamçılarla mübarizədə hərbi dəstək verir.

Suriyada kürd hərbi birləşmələrini dəstəkləyən ABŞ qoşunları ölkənin şərqində yerləşdirilib.

Onlar İslam Dövləti ekstremist təşkilatına qarşı birgə mübarizə aparırlar.

AzadlıqRadiosu yazır ki, Putinin bu səfərinin hələ Soleimani-nin öldürülməsinədək planlaşdırıldığı bəlli deyil.

Vladimir Putin yanvarın 8-də Türkiyəyə səfər edərək TürkAxını qaz kəmərinin açılışında iştirak etməlidir.

Suriyada vətəndaş münaqişəsi 2012-ci ildən davam edir.

Rusiya 2015-ci il, sentyabrın 30-da “terrorizmlə mübarizə” adı ilə Suriyaya hərbi müdaxilə edib. Lakin Moskvanın əsas məqsədi çökməkdə olan Assad rejimini xilas etmək idi.

İnsan haqları təşkilatları Suriya rejimini və Rusiya hərbçilərini dinc əhalinin kütləvi qırğınında ittiham edir.

Son aylarda Assad Suriyanın əksər ərazilərində öz nəzarətini bərpa edə bilib.

2017-ci ilin dekabrında Suriyaya səfər edən Putin demişdi ki, ölkədə terror üzərində qələbə qazanılıb və tezliklə Rusiya qüvvələri Suriyadan çıxarılacaq.

Buna rəğmən Rusiya Suriyadakı hərbi mövcuddiyyətini möhkəmləndirir və rusiyalı hərbçilər Suriya hökumət qoşunlarının əməliyyatlarında fəal iştirak edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG