Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:24

Putin prospektində atışma olub


Hadisə yerində
Hadisə yerində

Çeçenistanın mərkəzi şəhəri Qroznıda baş vermiş atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşı həlak olub.

Bu barədə məlumatı Rusiyanın dövlət TASS xəbər agentliyi verib.

Baza saytının informasiyasına görə polislərdən biri ölüb, digəri yaralanıb.

Bu da xəbər verilir ki, atışma Qroznının mərkəzindəki Putin prospektində baş verib.

Bu da bildirlir ki, hücum edənlərdən biri atışmada öldürülüb, ikincisi isə yaralanıb.

Lakin Interfax agentliyinin istinad etdiyi mənbə iki naməlum silahlının Mir küçəsində avtomatlardan atəş açdığını bildirir.

Onun sözlərinə görə, hücum edənlər iki nəfər olub və onlar atışma zamanı güllələniblər.

Baza saytının məlumatına görə hüquq-mühafizə orqanları sonradan məlumata düzəliş edib.

Ziddiyyətli xəbər

Xəbərdə deyilir ki, atışmada bir polis həlak olub, başqa bir polis isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hücum edənlərdən birinin sağ qaldığı deyilir.

Baza bunu da bildirir ki, hücum odlu silahlarla deyil, bıçaqla edilib.

Dekabrın ortalarında Çeçenistanın başçısı Ramzan Kadırov bəyan etmişdi ki, Açxoy-Martan rayonunda keçirilmiş “uğurlu antiterror əməliyyatı” nəticəsində Kazbek Baydullayev öldürülüb.

Kommersant qəzetinin yazdığına görə Baydullayev özünü Aslan Byutukayevin İmarat Qafqaz qruplaşmasının tərəfdarı elan etmişdi. Onun öldürülməsi haqqında daha əvvəllər də xəbər verilmişdi.

Dekabrın 17-də Çeçenistanın Kurçaloy rayonunda iki nəfər öldürülmüşdü.

Xəbər verilirdi ki, onlar Polis Patrul Xidmətinin postuna hücum ediblər və cavab atəşi ilə məhv ediliblər.

O vaxt polislər arasında xəsarət alanlar barədə məlumat verilməmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG