Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 13:38

Putinlə Paşinyan arasında Qarabağ kontekstində telefon danışığı olub


Nikol Pashinian və Vladimir Putin
Nikol Pashinian və Vladimir Putin

Kremlin mətbuat xidməti noyabrın 21-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığını olduğu barədə məlumat yayıb.

Məlumatda deyilir ki, “Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası kontekstində Regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib”.

Məlumatda həmçinin qeyd edilir ki, “Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə təşəkkür edib”.

“Gələcək təmaslar barədə razılıq əldə olunub”, - Kremlin yaydığı məlumatda bildirilir.

Putinlə Paşinyan arasında bundan əvvəlki telefon danışığı Azərbaycan- Ermənistan sərhədində vəziyyətin gərginləşdiyi gün - noyabrın 16-da olub.

İlham Əliyevlə Nikol Paşinyan arasında dekabrın 15-nə planlaşdırılan görüş

Dekabrın 15-i Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Bu barədə məlumat Avropa Şurasının rəsmi saytında dərc olunub.

Bundan əvvəl, noyabrın 19-da Avropa Şurasının rəhbəri Şarl Mişel hər iki liderlə telefonla danışıb.

Avropa Şurasının rəsmi məlumatında deyilir ki, “iki lider regional vəziyyəti, habelə çiçəklənən və stabil Cənubi Qafqaz naminə fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılıq veriblər”.

Brüsselin rəsmi məlumatında bu da deyilir ki, Şarl Mişellə söhbətdə Əliyev və Paşinyan habelə ölkələrinin müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması baradə razılığa gəliblər.

Xəbər verilir ki, iki nazir arasında birbaşa əlaqə xətti gələcəkdə insidentlərin qarşısının alınmasına kömək edə bilər.

Bu, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri arasında sayca üçüncü görüş olacaq.

Bundan əvvəl onlar Rusiya prezidenti Vladimir Putinin təşəbbüs və vasitəçiliyi ilə iki dəfə Moskvada görüşüblər.

Əliyevlə Paşınyan Brüsseldə Qarabağ müharibəsindən əvvəl də görüşüblər. Görüş Şərq Tərəfdaşlığının 10-cu ildönümü ilə bağlı tədbir çərçivəsində 2019-cu il mayın 14-də baş tutub.

XS
SM
MD
LG