Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:40

Putin və Paşinyan görüşdü


Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin, sentyabrın 8-də, Moskvada görüşüblər.

Putin bildirib ki, iki ölkənin münasibətləri xüsusi, spesifik xarakter daşıyır və bu münasibətlər hər iki tərəfin birgə səyi nəticəsində, əsrlər boyunca formalaşıb:
"Rusiya, Ermənistanın ticarət partnyorları arasında əminliklə birinci yeri saxlayır.
Biz, Ermənistan iqtisadiyyatına ən çox investisiya qoyan dövlətik, bizim bu mənada əlaqələrimiz kifayət qədər müxtəlifdir.
Bu, həm karbohidrat energetikası, ən ucuz qaz nəqlidir-"Qazprom" dünyada ən ucuz qazı Ermənistana satır- 1000 kub metrini 150 dollara. Biz həm də atom enerjisi sahəsində də əməkdaşlıq edirik. Bizim metallurgiya sənayesi, maşınqayırma üzrə də əməkdaşlığımız güclənir.
Bizim müzakirə etməyə mövzularımız var".

Paşinyan da iki ölkənin bir-biri üçün önəmindən danışıb. Üstəlik, son zamanlar Ermənistan və Rusiyanın münasibətlərinin soyuması barədə məlumatlara aydınlıq gətirib:
"Bizim münasibətlərimiz çox dinamik və çox təbii şəkildə inkişaf edir. Bizim əsas işimiz münasibətlərimizin potensialının hamısını ortaya çıxartmaqdır.

Bu o demək deyil ki, bizim münasibətlərimizdə suallar yoxdur. Tanrı belə halda qorusun. Əgər münasibətlərdə suallar yoxdursa, demək heç münasibətin özü də yoxdur. Əminliklə deyə bilərəm ki, bizim münasibətlərimizdə həll edilməyəcək sual yoxdur, əlbəttə ki, biz bu gün çox geniş mövzularda müzakirə aparacağıq".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG