Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Moskvada Putin-Pashinian danışıqları başa çatıb


Prezidentlər Vladimir Putin (sağda) və Nikol Pashinian dekabrın 27-də Moskvada görüşüblər
Prezidentlər Vladimir Putin (sağda) və Nikol Pashinian dekabrın 27-də Moskvada görüşüblər

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Pashinian dekabrın 27-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra deyib ki, onun ölkəsi Moskvanın başçılıq etdiyi Avrasiya İttifaqında “inteqrasiyanı” davam etdirmək əzmindədir.

O habelə bildirib ki, Ermənistan bu təşkilatda yanvarın 1-dən başlanacaq rotasiyalı sədrliyinə “ciddi” yanaşır.

2015-ci ildə Rusiyanın bir növ Avropa İttifaqına alternativ yaratdığı bu təşkilata Ermənistan və Rusiyadan başqa Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Putin Pashinian-la danışqılardan sonra iki ölkə arasındakı ticarətin ötən il 30 faiz artmasını tərifləyib.

Putin bildirib ki, Rusiya Ermənistanın ticarətində 25 faizlik paya malik olmaqla onun ən böyük ticari partnyorudur.

Bu ilin mayından başlanan kütləvi etiraz aksiyaları ilə hakimiyyətə gəlmiş antikorrupsiya jurnalisti Nikol Pashinian dekabrın 9-da keçirilmiş parlament seçkisinin qalibi olub. Onun Mənim Addımım alyansı səslərin 70 faizindən çoxunu qazanıb.

Pashinian ənənəvi müttəfiq Rusiya ilə sıx münasibətləri davam etdirməklə yanaşı Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha yaxın münasibətlərə can atmaq niyyətində olduğunu bəyan edib.

Onun bir çox bəyanatları, habelə Ermənistanın keçmiş rəhbərliyinə qarşı sərt siyasət yürüdlməsi Moskvanın Pashinian-ın hökumətinə bir qədər ehtiyatlı yanaşmasına səbəb olub.

Bu arada Ermənistanın Aysor saytı xəbər verir ki, Putin və Pashinian arasında danışıqlar zamanı Rusiyadan Ermənsitana nəql olunan qazın 2019-cu il üçün qiyməti barədə razılaşma əldə olunmayıb.

Pashinian özünün Facebook hesabında yazıb ki, “qaz barədə razılaşma yoxdur, müzakirələr işçi çərçivədə davam etdiriləcək”.

Ermənistan da Belarus kimi Rusiya qazının qiymətinin aşağı salınmasına çalışır.

Dekabrın 27-də keçirilən danışıqlarda Qarabağ münaqişəsinə dair müzakirələrin olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG