Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Putin Rusiya idmançılarının Olimpiadada iştirakını qadağan etməyəcək


2018-ci il Qış Olimpiadasında Rusiya bayrağı olmayacaq
2018-ci il Qış Olimpiadasında Rusiya bayrağı olmayacaq

Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun hökuməti rusiyalı idmançıların 2018-ci ilin Qış Olimpiadasında Olimpiya bayrağı altında çıxış etmələrinin qarşısını almayacaq.

Vladimir Putin dekabrın 6-da bu barədə deyib: "Heç şübhə ola bilməz ki, biz hər hansı şəkildə blok elan etməyəcəyik. Biz fərdi qaydada iştirak etmək istəyən olimpiyaçılarımıza qadağan qoymayacağıq”.

Onun bu bəyantından bir gün əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) bəyan etmişdi ki, fevral ayında Cənubi Koreyada keçiriləcək Qış Olimpiadasında Rusiyanın iştirakı qadağan edilir.

BOK bu qərarını Olimpiya antidopinq sisteminin Rusiya tərəfindən “misli görünməmiş şəkildə manipulyası” ilə izah etmişdi.

BOK Rusiyanın dopinq testlərindən “təmiz çıxan” fərdi idmançılarına “Rusiyadan olan Olimpiya İdmançıları”( Olympic Athletes from Russia) və ya OAR adı altında çıxış etməyə icazə verib.

Qərarda deyilir ki, onların yarışlarda qalib gəldiyi vaxtlarda Olimpiya bayrağı qaldırılacaq və Olimpiya himni çalınacaq.

BOK-un qərarından əvvəl aparılmış təhqiqatdan məlum olmuşdu ki, Rusiya hökuməti nümayəndələri 2014-cü ilin Soçi Olimpiadasında rusiyalı idmançılara dopinqdən tutulmadan istifadə imkanı verən sistem yaradıblar.

BOK təhqiqatının başçısı bildirmişdi ki, Rusiyanın dopinqləmə sistemi “Olimpiya hərəkatına və idmana misilsiz ziyan vurub”.

Rusiya barədə çıxarılmış qərara görə Pxençan oyunlarında Rusiya Olimpiya Komitəsinin və ya Rusiya İdman Nazirliyinin heç bir iştirakı olmamalıdır.

Nijni Novqorod şəhərində prezidentliyə namizədliyini irəli sürücəyi barədə bəyanat verən Putin BOK-un qərarını “ədalətsiz kollektiv cəzalandırma” adlandırıb.

Putin deyib: “Bütün bunlar tamamilə əlaqələndirillmiş və siyasi motivli qərara bənzəyir. Biz bunu görürük. Mənim üçün bu məsələdə heç bir şübhə yeri yoxdur”.

Putin daha öncə demişdi ki, Rusiyanın milli simvollar olmadan yarışmaya qatılması alçaldıcı olar.

Ancaq onun sözçüsü Peskov BOK-un qərarından əvvəl jurnalistlərə Rusiyanın boykot məsələsinin müzakirə olunmadığını bildirmişdi.

Bu arada qərarın qəbul olunduğu Lozannada televiziya müxbirləri qarşısında çıxış edən Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib ki, o, OAR formulunun içində “Rusiya” sözünün olmasından məmnundur. Jukov bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsinin tərkibindən çıxarılıb.

Jukov deyib: “Onları hər hansı neytrallar yox, Rusiya idmançıları adlandıracaqlar. Bu, çox mühümdür”.

Putin ötən noyabrda belə bir mülahizə yürütmüşdü ki, dopinq iddiaları ABŞ-ın Rusiyada prezident seçkisinə təsir kampaniyasının bir hissəsidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG