Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Peskov Putinin niyə tələsdiyini izah edib


Vladimir Putin (solda) və onun mətbuat katibi Dmitry Peskov
Vladimir Putin (solda) və onun mətbuat katibi Dmitry Peskov

Rusiya Dövlət Dumasının Şurası yanvarın 21-də Konstitusiyaya dəyişikliklərə dair qanun layihəsini müzakirə edib.

Bu düzəlişlər paketini Dövlət Dumasına bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin təqdim etmişdi.

Xəbər verilir ki, bu qanun layihəsinin birinci oxunuşu artıq yanvarın 23-də keçiriləcək.

Bu barədə məlumatı Dövlət Dumasının sədri Vyacheslav Volodin verib.

İkinci oxunuşun fevral ayında keçiriləcəyi gözlənilir.

Dövlət Dumasındakı hakim Vahid Rusiya, habelə LDPR və Ədalətli Rusya fraksiyaları artıq indidən qanun layihəsini dəstəkləyəcəklərini bildiriblər.

Rusiya Kommunist Partiyasının fraksiyası mövqeyini daha sonra bildirəcəyini deyib.

Parlament, hökumət, Ali və Konstitusiya məhkmələri, Hesablama Palatası və regionların hakimiyyət orqanları Konstitusiyaya düzəliş təkliflərinə dair təklif və rəyləri yanvarın 22-dək təqdim etməlidirlər.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu barədə qərarı Dövlət Dumasının prezidiumu qəbul edib.

"İçində yaşadığımız reallıq"

Putinin Konstitusiyaya düzəliş təkliflərinə belə təcililiklə baxılmasının səbəbi barədə suala onun mətbuat katibi Dmitry Peskov cavab verib.

O deyib ki, Rusiya prezidentinin bütün təşəbbüslərinə prioritet qaydada baxılır.

Peskov bildirib ki, “bu, bizim içində yaşadığımız reallıqlarla bağlıdır”.

O əlavə edib ki, Kreml islahatların icrası üçün hələlik dəqiq tarixlər müəyyən etməyib,amma “bu məsələ çox da ləngidilməməlidir”.

Putin Konstitusiyaya düzəlişlər barədə təkliflərini parlamentin yuxarı palatası - Federasiya Şurasına yanvarın 15-də etdiyi nitqdə bildirmişdi.

Referendum apreldə ola bilər

RBK agentliyi xəbər verir ki, Putinin təklifləri artıq aprelin 12-də referenduma çıxarıla bilər.

Dövlət Dumasının rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir ki, düzəlişlər Konstitusiyanın 22 maddəsinə aiddir.

Bu təkliflər hakimiyyət qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsini ehtiva edir.

Bundan başqa düzəlişlərə görə Rusiya qanunları beynəlxalq qanunlar üzərində üstünlüyə malik olacaq.

Putinin bir çox opponentləri deyirlər ki, onun təklifləri öz hakimiyyət müddətini nəyin bahasına olursa, olsun uzatmaq məqsədini güdür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG