Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:44

Putin Monqolustanla ‘daimi dostluq’ müqaviləsi imzalayıb


Khaltmaagiin Battulga (solda) və Vladimir Putin (foto arxivdəndir)
Khaltmaagiin Battulga (solda) və Vladimir Putin (foto arxivdəndir)

Rusiya prezidenti Vladimir Putin Monqolustanda prezident Khaltmaagiin Battulga ilə dostluq və hərtərəfli strateji partnyorluğa dair müddətsiz müqavilə imzalayıb.

İmzalama mərasimində Battulga deyib ki, “iki qonşu arasında hərtərəfli strateji partnyorluğun səviyyəsi” yeni mərhələyə daxil olur.

Vladimir Putin bildirib ki, Rusiya ənənəvi olaraq Monqolustanın etibarlı enerji təchizatçısıdır.

Rusiyanın Rosneft şirkəti Monqolustanın enerjiyə tələbatının böyük bir qismini ödəyir.

***

Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustan prezidenti Khaltmaagiin Battulga ilə “dostluq və geniş strateji partnyorluğa” dair daimi müqavilə imzalayacaq.

Bu barədə Kremlin internet saytında dərc olunmuş müsahibədə deyilir.

Bu müqavilə Rusiya və Monqolustan arasında 1993-cü ildə imzalanmış Dost Münasibətlər və Əməkdaşlığa dair müqavilənin üzərində tərtib olunub və müddətsizdir.

Putin Monqolustanın “Odriyn Sonin” qəzetinə verdiyi müsahibədə deyir ki, bu müqavilə “bizim qarşılıqlı bağlarımızı fundamental şəkildə yeni səviyyəyə qaldıracaq”.

Putin sentyabrın 2-də, gecə saatklarında Monqolustanın paytaxtı Ulan Batora gəlib.

O burada habelə SSRİ və Monqolustan qüvvələrinin 1939-cu ilin 20 avqustundan sentyabrın 16-dək Xalxin Qol çayı boyunca gedən döyüşlərdə Yaponiya qüvvələri üzərində qələbəsinin 80-ci ildönümünə həsr edilmiş mərasimdə iştirak etməlidir.

Putin bildirib ki, bu qələbə Yaponiyanın 1941-ci ildə SSRİ üzərinə hücum etməməsinin əsas səbəbi olub.

Xəbər verilir ki, Rusiya və Monqolustan prezidentlərinin görüşündə habelə infrastruktur layihələri müzakirə olunacaq.

Bunlardan biri də Rusiya Dövlət Dəmir Yolları şirkəti ilə Monqolustanın Ulan Bator Railways şirkəti arasında əməkdaşlığa dair razılaşmadır.

Putin deyib ki, “bugün Rusiya-Monqolustan əməkdaşlığı geniş və çoxtərəflidir, siyasət, ticarət, iqtisadiyyat, investisiya, maliyyə, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və idman sahələrini əhatə edir”.

Kremlin məlumatına görə Rusiya və Monqolustan arasında qarşılıqlı ticarətin həcmi ötən il 21 faiz artıb.

Bu ilin altı ayı ərazində isə bu rəqəm 11 faiz artaraq 800 milyon dollara çatıb.

Putin bunu da deyib ki, Rusiya dövləti hər il 500-dək monqol tələbənin Rusiya universitetlərində təhsil almasına imkan yaradır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG