Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Putinlə Merkel Argentinada görüşüblər


Angela Merkel və Vladimir Putin
Angela Merkel və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Argentinada Almaniya kansleri Angela Merkellə görüşüb.

Görüş Böyük 20-lər ölkələrinin sammiti çərçivəsində səhər yeməyində baş tutub.

Jurnalistlər görüşə buraxılmayıb.

Merkelin sözçüsü Steffan Seibert deyir ki, liderlər Suriya münaqişəsi və Ukrayna ilə Rusiya arasındakı gərginliyi müzakirə ediblər.

AzadlıqRadiosunda olan məlumata görə, Merkel Azov dənizində azad gəmiciliyə şərait yaratmağa çağırıb.

Qeyd edək ki, Rusiya noyabrın 25-də Qara dənizdə Ukraynanın 3 hərbi gəmisini saxlayaraq Kerç limanına aparıb.

Beynəlxalq aləm Rusiyanın bu addımını kəskin pisləyib və təcili gəmiləri qaytarmağa çağırıb.

Fransa ilə Almaniya bu məsələdə vasitəçilik təklif ediblər.

Merkellə Putin razılaşıblar ki, 4 ölkə bu məsələ ilə bağlı əlavə danışıqlar aparmalıdırlar.

Putinin sözçüsü Dimitry Peskovsa deyir ki, Merkel Putindən Ukrayna hərbçilərinin azad edilməsini xahiş edib.

Amma Putin deyib ki, bu məhkəmənin işidir.

Peskovdeyib ki, Putin insidentlə bağlı Merkelə ətraflı məlumat verib.

Onun sözlərinə görə Putinin ABŞ prezidenti Donald Trumpla da qısa söhbəti olub. Amma o bu barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki silahlı münaqişəyə görə Qərblə Rusiya arasındakı münasibətlər pisləşib.

Qərb Rusiyanı Krımın ilhaqı və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG