Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 20:58

Vladimir Putin Mehriban Əliyevaya ‘Dostluq’ ordeni təqdim edib


Mehriban Əliyeva, arxiv foto

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva-nın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin-lə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib.

Görüş Rusiya dövləti başçısının Novo-Oqaryovadakı iqamətgahında keçirilib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, bu ilin doqquz ayı ərzində iki ölkənin əmtəə dövriyyəsi 26 faiz artıb:

“Bu, ciddi göstəricidir. Biz demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq...”

Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyeva da öz növbəsində deyib ki, iki ölkə arasında münasibətlər mehriban qonşuluq və dostluq ənənələrinə malikdir:

“ Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Siz dediyiniz kimi, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Siz qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır”

M.Əliyeva habelə deyib ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəsləyirlər:

“Respublikamızın paytaxtında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir”

Vladimir Putin
Vladimir Putin

Vladimr Putin də toxunlan məsələ ilə bağlı fikirlərini dilə gətirib:

“ Bu, xüsusən bizim humanitar əlaqələrə və Azərbaycanda rus dilinə münasibətə aiddir. Həqiqətən bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk…”

Xatırlatma

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyasına səfər edib. O bundan əvvəl bu ölkənin Baş naziri D. Medvedevlə görüşüb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG