Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

Prezident Vladimir Putin ABŞ-ın Rusiyada fəaliyyət göstərən media qurumlarını hədələyərək deyib ki, əgər Birləşmiş Ştatların rəsmiləri ABŞ-da işləyən Rusiya medialarına məhdudiyyətlər qoysalar, onda Moskva buna bənzər məhdudiyyətlər tətbiq edəcək.

Putin bu bəyanatı oktyabrın 19-da Soçidəki Valday Diskussiya Klubunda, beynəlxalq xarici siyasət ekspertlərinin qarşısında çıxış edərkən verib.

Moskva bildirib ki, ABŞ rəsmiləri keçmişdə Russia Today kimi tanınan RT TV və Sputnik xəbər portalı da daxil Rusiyanın dövlətə bağlı medialarından ABŞ-da “xarici agent” qismində qeydiyyatdan keçməyi tələb edirlər.

ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı haqqında qanunu 1930-cu illlərdə nasist təbliğatının qarşısının alınması məqsədilə qəbul edilib.

ABŞ kəşfiyyatının yanvar ayında açşıqlanmış hesabatında deyilirdi ki, RT və Sputnik Moskvanın 2016-cı il ABŞ seçkisinə müdaxilə kampaniyasında iştirak edib. Bundan sonra ABŞ rəsmiləri Rusiya mediasının Birləşmiş Ştatların qanunlarına riayət etməsini tələb edirlər.

Bununla belə ABŞ-ın Ədliyyə Nazirliyi xarici agentlər qanununun tətbiqinə başlandığına dair xəbərləri təsdiqləməyib.

Buna cavab olaraq Rusiya rəsmiləri bildirmişdilər ki, CNN, Amerikanın səsi və AzadlıqRadiosu kimi media qurumlarına da Rusiyada məhdudiyyətlər tətbiq edilə bilər.

Putin Valday klubundakı çıxışında məhdudiyyətlərin konkret olaraq nədən ibarət ola biləcəyi məsələsinə toxunmayıb.

Burası da var ki, RT-nin ABŞ-da öz verilişlərini kabel televiziyası vasitəsilə sərbəst yayınladığı və Sputnik radiosunun Vaşinqtonda öz FM tezliyinin olmasına baxmayaraq, AzadlıqRadiosu və Amerikanın səsi üçün Rusiyada eyni şərait yaradılmayıb.

AzadlıqRadiosunun bir vaxtlar Rusiya ərazisində 100-dək radio kanalı vardı, lakin onların hamısı 2012-ci ilədək bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG