Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:26

Putinin Aşqabaddakı masası ‘lap uzun’ olub - Qərb mediası


Aşqabadda keçirilən Xəzər sammitində
Aşqabadda keçirilən Xəzər sammitində

Rusiya prezindenti Vladimir Putinin iştirakilə Türkmənistan paytaxtında keçirilən Xəzər sammitində iclas masaları uzunluğuna görə Putinin Kremldə Fransa prezidenti Emmanuel Makron və başqa Avropa liderləri ilə danışıqlar apardığı masanı kölgədə qoyub.

Bunu The Business Insider saytı iyunun 30-da yazıb.

Portal yazır ki, bəzi məlumatlara görə Rusiya lideri ona virus və ya mikrob yoluxdurula biləcəyindən ehtiyat edir.

Məqalədə deyilir ki, Vladimir Putinin Xəzər sahili ölkələrinin liderləri ilə iyunun 29-da görüşdüyü masa uzunluğuna görə onun Kremldə “komik şəkildə uzun” masasını kölgədə qoyub.

Bu da qeyd olunur ki, Putinin liderlər və bəzən hətta öz rəsmiləri ilə görüşdüyü masaların ifrat uzunluğu qlobal medianın diqqətini bundan əvvəl də çəkib.

The Business Insider yazır ki, Putin bu iclasda nəhəng dördkünc masanın arxasında Türkmənistan, İran, Qazaxıstan və Azərbaycan liderlərindən xeyli aralıda oturmuşdu.

Arxadağ oteli

Türkmənistan hökumətinin verdiyi məlumata görə Xəzər sammiti Aşqabadın dəbdəbəli Arxadağ otelində keçirilib.

Bununla belə Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, böyük konfrans zalına gəlməzdən əvvəl liderlər daha kiçik zalda da görüşüblər.

Məqalədə qeyd olunur ki, sözü gedən sammit bitəndən dərhal sonra nəhəng dörkünc masanın şəkilləri sosial şəbəkəlrədə geniş dövriyyə edilib.

Ukrayna daxili işlrə nazirinin müşaviri Anton Geraşşenko Twitter-də yazıb ki, eyni gündə Almaniyada keçirilən G7 sammitində liderlər müqayisəyəgəlməz dərəcədə daha darısqal zalda görüşmüşdülər.

Başqa jurnalistlər də Xəzər sammitindəki masanı lağa qoyan postlar yazıblar.

Maks Seddon yazır ki, bu masanın ortasına rahatca şəkildə hokkey meydançası yerləşə bilərdi.

The Business Insider yazır ki, Putinin uzun masalarda oturması bundan əvvəl də müşahidə edilib, amma Türkmənistandakı masaya çatanı olmamışdı.

Putin Kremldə Fransa prezidenti, Almaniya kansleri və BMT-nin baş katibi ilə danışıqları 4 metrlik masanın araxasında aparmışdı.

Rusiya dövlət treleviziyaları Putinin başqa liderlərlə dəyirmi masa arxasında da görüşləri barədə reportajlar verib.

Amma həmin masaların da formasının dəyirmiliyinə baxmayaraq radiusu böyük idi.

The New York Times bundan əvvəl yazmışdı ki, ola bilsin Putin, xüsusilə də pandemiya dövründə kimdənsə virusa yoluxmaqdan qorxur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG