Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:07

Putin Ukraynadan qayıdan məhbusları niyə qarşılamayıb?


Ukraynalı rejissor Oleh Sentsovu Kiyev hava limanında qızı Alina Sentsova qarşılayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov Vladimir Putinin məhbus dəyiş-düyüşü ilə Ukraynadan qaytarılan məhbusları hava limanında qarşılamamasının səbəblərini izah edib.

Əslində Putinin həmin gün Moskva günü münasibətilə keçirilən şənlik mərasimlərində olması bir çox medialarda öz əksini tapıb.

Buna görə də Kiyevdə məhbusların azad olunması mərasimində Ukrayna prezidneti Volodymyr Zelenskiy-nin, habelə məhbusların doğmalarınınemosional görüşü bir qədər diqqətdən kənarda qalıb.

Peskov deyib ki, “saxlanan şəxslərin” qarşılanması prezidentin vəzifələrinə daxil deyil.

Mətbuat katibinin sözlərinə görə “Putin onsuz da bu dəyiş-düyüşün baş tutması üçün üzərinə düşən işi görüb”.

Bununla belə Peskov jurnalistlərin “Rusiya niyə ona qaytarılmış şəxslərin tam siyahısını dərc etmir” sualına cavab verməyib. Hərçənd Peskov bunu edəcəyini vəd etmişdi.

Bundan əvvəl siyahılar bir neçə mediada dərc olunmuşdu. Bu siyahılardakı adlar heç də tam üst-üstə düşmürdü.

Rəsmən Kirill Vyshinsky və Vladimir Tsemakh-dan başqa 35 nəfərdən yalnız 13-nün adı açıqlanmışdı.

Bu şəxslərin adlarını Ukraynanın baş prokuroru Anatoly Matias çəkmişdi. Məlum olmuşdu ki, bu 13 nəfərdən yalnız 3-ü Rusiya vətəndaşıdır. Onlar Donetsk və Luhansk vilayətlərinin ərazisində gedən döyüşlərdə iştirak etdiklərinə görə məhkum edilmişdilər. Qalanları əsasən vətənə xəyanətdə ittiham olunan Ukrayna vətəndaşlarıdır.

Sentyabrın 7-də Rusiya və Ukrayna hakimiyyət orqanları məhbusların və saxlananların “35-35-ə” sxemi üzrə dəyişdirilməsini həyata keçiriblər.

Rusiya Kerç boğazında saxlanmış 24 Ukrayna dənziçisini və 11 məhkum edilmiş ukraynalını qaytarıb.

Azad olunanlar Oleh Sentsov, Vladimir Balukh, Pavel Hryb, Nikolay Karpyuk, Stanislav Klykh, Aleksandr Kolchenko, Yevgeny Panov, Artur Panov, Aleksey Sizonovich, Roman Sushshenko və Edem Bekirovdur.

Ukrayna prezidenti Volodymyr Zelenskiy bəyan edib ki, məhbus dəyiş-düyüşü Donbasdakı müharibənin başa çatdırılmasının ilk mərhələsidir.

O bildirib ki, bu barədə Vladimir Putinlə razılığa gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG