Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:44

Putin və Lukashenka qaz barədə razılığa gəliblər, neft barədə yox


Vladimir Putin (solda) və Aleksandr Lukashenko fevralın 7-də Soçidə görüşüblər
Vladimir Putin (solda) və Aleksandr Lukashenko fevralın 7-də Soçidə görüşüblər

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Alyaksandr Lukashenka Soçi şəhərində görüşblər.

Bu danışıqların əsas mövzusu bu yaxınlarda Minsk və Vaşinqton arasında keçirilmiş müzakirələr, habelə Rusiyanın başqa bir neft və qaz təchizatçısı ilə əvəzlənməsinin mümkünlüyü idi.

Rusiya prezidenti administarsiyası rəhbərinin müavini Dmitry Kozak bildirib ki, Rusiyanın Belarusa neft və qaz satışının qiymətləri 2020-ci ildə də 2019-cu ildə olduğu kimi saxlanacaq.

Kozak deyib ki, xam neft Belarusa yalnız bazar qiymətləri ilə satılacaq.

Amma müqavilə yalnız bir il üçün imzalanacaq.

Fevralın 7-də Soçidə keçirilən danışıqlardan bir gün əvvəl Lukashenka hökumət müşavirəsində demişdi ki, Rusiyadan xam neft təchizatının şərtləri Minsk üçün əlverişli deyil.

Minsk artıq bir neçə aydır ki, Rusiyadan alınan neftin yeni qiymətlərini razılaşdırmağa çalışır.

Rusiyadan alınan neftin qiyməti Moskvanın vergi manevrlərinə görə tədricən qalxır.

Minsk və Moskva razılaşmaya müxtəlif bucaqlardan baxırlar

Kozak habelə qeyd edib ki, Belarusa verilən qazın qiyməti 2019-cu ildə olduğu kimi qalacaq. Bu isə 1000 kubmetr qaz üçün 127 dollardır.

Kozakın dediyinə görə, Lukashenka və Putin habelə iki ölkə arasında inteqrasiyaya dair danışıqları davam etdirmək barədə razılığa gəliblər:

"Danışıqlar çox müsbət axarda keçib və tərəflər inteqrasiya mexanizminin təkmilləşdirilməsi üçün, hökumətlər, nazirliklər və dövlət idarələri səviyyəsində məsləhətləşmələri davam etdirmək barədə razılıq əldə ediblər”.

Ekspertlər bildirirlər ki, Moskvada və Minskdə razılaşmaya müxtəlif bucaqlardan baxırlar.

Moskvada fikirləşirlər ki, Rusiya Belarusa nefti bazar qiyməti ilə satmaqla “böyük hörmət” etmiş olur.

Minskdə hesab edirlər ki, Moskva bundan əvvəl əldə olunmuş razılaşmaları pozur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG