Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:51

Putin və Lukaşenko vahid qaz bazarı ilə bağlı razılığa gəliblər


A.Lukaşenko və V.Putin, Moskva. 9 sentyabr 2021
A.Lukaşenko və V.Putin, Moskva. 9 sentyabr 2021

Rusiya lideri Vladimir Putin deyir ki, belaruslu həmkarı Aleksandr Lukaşenko ilə vahid qaz bazarı ilə bağlı razılaşıblar. O, həmçinin, Belarusu tərifləyərək orada vəziyyətin aylarla sürən qarışıqlıqdan sonra sabitləşdiyini deyib.

V.Putin sentyabrın 9-da Moskvada aparılan üç saatlıq danışıqlardan sonra A.Lukaşenko ilə birlikdə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

V.Lukaşenkonun Moskvaya səfəri onların iki ölkənin "Vahid dövlət" yaratmaqla bağlı on illərdir sürən planı başa vuracaqlarına dair söz-söhbətləri artırmışdı. Bunun baş verib-vermədiyi bəlli olmasa da, A.Lukaşenko bundan öncə ölkələrin inteqrasiyanı tamamlayacaq 28 yol xəritəsinin oktyabrın 28-də imzalanacağına işarə edib.

Bu arada isə o, Rusiya prezidenti ilə danışıqların dürüst və konstruktiv olduğunu deyib.

Sentyabrın 9-da gerçəkləşən bu təmas 1990-cı illərin əvvəllərindən bəri hakimiyyətdə olan A.Lukaşenkonun Belarusda görünməmiş siyasi təlatümlərdən sonra bu il V.Putinlə beşinci görüşüdür.

Təxminən 20 il əvvəl Minsk və Moskva iki ölkənin iqtisadiyyatını birləşdirəcək "vahid dövlət" qurmaqla bağlı razılıq əldə edib. Bu, iki keçmiş sovet respublikasının potensial olaraq yenidən birləşməsi yolunda böyük bir addım ola bilər.

Lakin detallar üzərində danışıqlar illərlə uzandığı üçün bir çox müşahidəçinin fikrincə, A.Lukaşenko və onun müttəfiqləri danışıqlardan Moskvadan güzəştlər qoparmaq üçün istifadə edir.

"Bir xalq, iki dövlət"

Keçən ay Belarusun Rusiyadakı səfiri müqaviləni yekunlaşdırmaq üçün bütün yol xəritələrinin, (və ya fəsillərin) hazır olduğunu və Lukaşenko-Putin sammitində yekunlaşa biləcəyini bəyan etmişdi.

Müşahidələrə görə, bu layihə iki ölkənin yenidən birləşməsi yolunda böyük bir addım ola və, eyni zamanda, Belarusun suverenliyinə xələl gətirə bilər. Rusiya dövlət televiziyası iki liderin sentyabrın 9-da Kremldə görüşdükləri zaman bir-birlərinə əl verdiklərini və qucaqlaşdıqlarını nümayış etdirib.

A.Lukaşenko ruslar və belarusların bir xalq olduğunu deyib: "Bütün sivil ölkələr kimi, yalnız birlikdə, yalnız ittifaq olaraq hərəkət edirik. Biz doğma dövlətlər, yaxın xalqlar, praktiki olaraq bir xalqıq. Həm ruslar, həm də belaruslar eyni kökdən gəlir".

V.Putinin Belarusdakı sabitliyi tərifləməsi 2020-ci ilin avqustunda A.Lukaşenkonun qalib elan olunduğu prezident seçkisindən sonra bu ölkədə aylarla sürən misli görülməmiş siyasi təlatümlərdən sonraya təsadüf edib. Belarus müxalifəti seçkinin saxtalaşdırıldığını hesab edir və bu, aylarla küçələrdə etirazların və kütləvi nümayişlərin keçirilməsinə səbəb olub.

Qərb hökumətləri müxalifətə, müstəqil mediaya, insan haqları qruplarına və vətəndaş cəmiyyətinə təzyiqlərə görə A.Lukaşenkonu legitim prezident olaraq tanımayıb və onun hökumətinə sanksiyalar tətbiq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG