Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:41

Putinin populyarlığı kəskin azalıb


Sentyabrın 22-də Moskvada keçirilmiş aksiyada

Oktyabrın 8-də açıqlanmış yeni rəy sorğusunun nəticələri sadə rusiyalılar arasında prezident Valadimir Putinin populyarlığının 39 faizə düşdüyünü göstərib.

Levada müstəqil ictimai rəyi öyrənmə mərkəzinin sentyabrın 20-26-sı arasında keçirdiyi sorğunun nəticələrinəgörə iyun ayından bəri Putinə etimad 9 bal azalıb. Ümumilikdə isə onun populyarlığı 2017-ci ilin noyabrından bəri 20 faiz azalıb.

Putinin qeyri-populyar pensiya yaşı qanununu ötən həftə imzlamasından bəri rusiyalıların 13 faizi prezidentə inanmadığını deyib. Bu qanuna görə qadınlar üçün yeni pensiya yaşı 60, kişilər üçün isə 65 olacaq.

Bir çox rusiyalılar pensiya islahatlarına qarşıdır və buna görə ölkə boyunca etiraz aksiyaları keçirilib.

Putin 2000-ci ildən bəri ya prezident, ya da baş nazir kimi hakimiyyətdə olub. O ötən il keçirilən prezident seçkisində 76 faiz səslə qalib gəlib.

Rəy sorğusunun nəticələrinə görə Putinin yaxın müttəfiqləri – müdafiə naziri Sergei Shoigu-nun və xarici işlər naziri Sergei Lavrovun da populyarlıq reytinqi azalıb.

Putinin populyarlığının ən aşağı həddi Levadanın 2013-cü ilin avqustunda keçirdiyi rəy sorğusunda qeydə alınlb. O vaxt respondentlərin 30 faizi prezidentə inanmadığını bildirmişdi.

Onun populyarlığı 2014-cü ildə Krım ilhaq olunandan dərhal sonra 80 faizə yüksəlmişdi.

XS
SM
MD
LG