Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:39

Putin deyir ki, Şimali Koreya ‘bu raundda qalib gəlib’


Rusiya prezidenti Vladimir Putin deyib ki, Şimali Koreya lideri Kim Jong Un Birləşmiş Ştatlar və Cənubi Koreya ilə qarşıdurmanın “bu raundunda qalib gəlib”.

Rusiya prezidenti deyib: “O özünün strateji öhdəliyini başa çatdırıb: Onun nüvə silahı var, 13 min kilometrədək qlobal uçuş mənzili olan raketləri var. Bu raketlər Yer kürəsinin istənilən nöqtəsinə çata bilər”.

Putin deyib ki, özünün bir çox məqsədlərinə çatdıqdan sonra, indi Kim vəziyyəti sakitləşdirməyə çalışır: “O artıq çox hiyləgər və yetkin siyasətçidir”.

Putinin bu qeydlərindən əvvəl, yanvarın 9-da iki Koreyanın liderləri 9-25 fevralda keçiriləcək Pxençan Qış Olimpiadası ərəfəsində gərginliyi azaltmaq məqsədilə görüş keçiriblər.

Şimali Koreya 1988-ci ildə Seulda keçirilən Yay Olimpiadasını boykot etmişdi, lakin qarşıdan gələn Olimpiya Oyunlarına idmançılarını göndərəcəyini bildirib.

Birləşmiş Ştatlar artıq aylardan bəridir ki, onun üzərinə nüvə və ballistik raket proqramlarına görə qoyulmuş BMT sanksiyalarına məhəl qoymayan Pxenyanla söz müharibəsindədir.

Rusiya BMT-də bu sanksiyaları nəzərdə tutan qətnamələri dəstəkləsə də, ABŞ-ı Pxenyana münasibətdə güc nümayişindən çəkinməyə çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG