Vladimir Putin Rusiya Dövlət Dumasına Moskvanın üzərinə hərbi münaqişələr zamanı insan haqlarının pozulması faktlarının araşdırılması öhdəliyi qoyan beynəlxalq müqavilədən çıxarılmasına dair qanunvericilik təşəbbüsü təqdim edib.
Rusiyanın xələfi olan SSRİ bu müqavilənin üzvü idi.
Qanun layihəsinə əlavə edilmiş sənəddə deyilir ki, belə bir təşəbbüsün irəli sürülməsinə səbəb “hazırkı beynəlxalq vəziyyətin riskləridir”.
Putinin məktubunda bu da qeyd olunur ki, Rusiyanın insan haqları ilə bağlı problemlərindən Moskvaya dost olmayan ölkələr sui-istifadə edə bilər.
Məktubda bildirilir ki, sözü gedən insan haqları pozuntularına baxan komissiyada Rusiyanın nümayəndəsi yoxdur, amma buna baxmayaraq Moskva hər il bu komissiyaya üzvlük haqqı ödəyir.
Beynəlxalq komissiyaya dünya münaqişələri zamanı təhqiqat səlahiyyəti verən müqavilə SSRİ tərəfindən 1977-ci ildə imzalanmışdı.
Komissiyanın özünə gəlincə isə o dördüncü Cenevrə Konvensiyasının əsasında 1949-cu ildə yaradılıb.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Dördüncü Cenevrə Konvensiyasını beynəlxalq hüququn norması kimi qəbul edib.
BMT üzvü olan bütün ölkələr bu Konvensiyaya əməl etməlidirlər.