Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:15

Putin karantini mayın 11-dək uzadır


Prezident Vladimir Putin aprelin 28-də bəyan edib ki, Rusiyada qeyri-iş günləri mayın 11-dək uzadılır.

Rusiya prezidenti bu bəyanatı hökumət üzvləri və regional qubernatorlarla keçirdiyi videomüşavirə zamanı səsləndirib.

Putin bildirib ki, ölkədə koronavirusla bağlı vəziyyəti sabitlərşdirmək mümkün olub və ən təhlükəli an artıq keçilib.

Prezident deyib ki, adamlar məhdudiyyətlərə nə qədər intizamla riayət etsələr, normal həyata qayıdış da bir o qədər tez olar:

"Pik nöqtəsi hələ keçilməyib. Biz hazırda epidemiyanın yeni, ən gərgin etapı qarşısındayıq”.

Putin bunu da bildirib ki, hökumət özünütəcrid rejiminidən mərhələli çıxışa dair planını mayın 5-dək təqdim etməlidir.

Bununla yanaşı prezident deyib ki, bəzi regionlarda sərt məhdudiyyətlərin mayın 11-dən sonra da saxlana biləcəyini istisna etmir.

Putin qeyd edib ki, epidemiyanın ən ağır zərbəsi sahibkarlara dəyib. O hökuməti Rusiya iqtisadiyyatının bərpa edilməsinə imkan verən yeni plan hazırlamağa çağırıb.

Rusiya prezidenti aprelin əvvəllərində etdiyi müraciətdə adamları özünütəcrid rejiminə əməl etməyə çağırmış və demişdi ki, qarşıdan gələn 2-3 həftə həlledici olacaq:

“Bizim ölkəmiz dəfələrlə ciddi sınaqlardan çıxıb: ona beçeneqlər iztirab veriblər, qıpçaqlar da...Rusiya hamısının öhdəsindən gəlib. Bu koronavirus mərəzinə də qalib gələrik”.

Etimad azalır

Aprelin ortalarında Putin hökumət üzvləri ilə məsafədən keçirdiyi müşavirədə koronavirusdan ən çox ziyan görən kiçik və orta biznesə təmannasız yardım göstərilməsini təklif etmişdi.

Bu təklifə görə bir işçiyə bir ayda 12,130 rubl (160 dollar) verilməliydi.

Bu yardımın göstərilməsi üçün yeganə şərt hər hansı şirkətin aprelin 1-ə olan vəziyyətə görə ştatındakı əməkdaşların azı 90 faizini işdə saxlaması idi.

Prezidentin sözlərinə görə, bu tələblərə cavab verən şirkətlər aprel ayı üçün yardım paketini mayın 18-dən almalı idilər. May ayının yardımı isə iyun ayında ödənməli idi.

COVID-19 epidemiyası dövründə prezident Vladimir Putinə etimad son 14 ildə ən aşağı həddə düşüb.

Prezidentə rəyi soruşulanların yalnız 28 faizi etibar etdiyini bildirib.

Ən son məlumata görə Rusiyada koronavirusa 93, 5 min yoluxma qeydə alınıb. Bunların 867-si vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG