Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Putini Kadyrov-u 'cilovlamağa' çağırırlar


Rusiya prezidenti Vladimir Putin (solda) və Ramzan Kadyrov
Rusiya prezidenti Vladimir Putin (solda) və Ramzan Kadyrov

İnsan haqları qrupları Rusiya prezidenti Vladimir Putini çeçen lider Ramzan Kadyrovun bu yaxınlarda fəalları və qiyamçı ailələri olduqları güman edilənləri hədələməsini pisləməyə çağırıblar.

Human Rights Watch (HRW), Amnesty International və Front Line Defenders təşkilatlarının avqustun 28-də açıqlanmış birgə məktubunda deyilir ki, Kadyrova insan haqları fəallarını hədələmək imkanı verilməməlidir.

Məktubda Putindən öz səlahiyyətləri daxilində “Rusiya qanunlarına və Rusiyanın beynəlxalq öhdəliklərinə zidd olan bəyanat və hərəkətlərin hüquqi nəticələrinin”olmasını təmin etmək ricası edilir.

Beynəxalq təşkilatlar bundan başqa hazırda Çeçenistanda həbsxanada olan və məhkəməsi gedən insan haqları fəalı Oyib Titiyevin azad olunması tələb edirlər. Titiyev Rusiya insan haqları təşkilatı Memorial-ın Çeçenistan bölümünün rəhbəridir.

Titiyev bu ilin əvvəllərində narkotik maddə itithamı ilə həbs edilmişdi. Beynəlxalq insan haqları təşkilatları Titiyevin siyasi motivlərlə həbs olunduğuna inanır.

Kadyrov-un fəallara qadağanı barədə suala cavab verərkən Kreml bildirib ki, ola bilsin, Kadyrov-un sözləri kontekstdən çıxarılıb.

Putinin sözçüsü Dmitry Peskov deyib ki, “burada əlbəttə müxtəlif insan haqları fəalları arasında fərq qoymaq lazımdır”.

"Bir çox insan haqları fəalları zəruri funksiya icra edirlər və hörmətə layiqdirlər” – deyib sözçü.

Memorial təşkilatı regionda adamların yoxa çıxması və işgəncələrə məruz qalması ilə bağlı araşdırmaları ilə Çeçenistan rəhbərliyinin qəzəbinə gəlmişdi.

Titiyevdən əvvəlki Memorial rəhbəri Natalia Estemirova 2009-cu ildə oğurlanmış və güllələnmişdi.

Avqustun 20-də bir qrup çeçen gənc yerli polisə hücum etmiş, bunun nəticəsində bir nəfərin həlak olduğu, daha üç nəfərin xəsarət aldığı barədə xəbər verilmişdi.

Bundan sonra Kadyrov hücum edənlərin qohum və yaxınlarına kollektiv divan tutulması ilə hədələmişdi.

Bu arada HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson deyib ki, onun müşahidələrinə görə Kreml Kadyrova insan haqları fəallarının Çeçenistana daxil olmasına göstəriş verib:

"Bu isə o deməkdir ki, Kadyrov-a insan haqları müdafiəçilərinin Çeçenistan ərazisində istənilən vaxt normal işləyə bilmələrinin mühümlüyü barədə də göstəriş verilməlidir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG