Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:13

Putin israilli qadını əfv etdi


Naama Issachar

Rusiya prezidenti Vladimir Putin İsrail-ABŞ ikili vətəndaşlığına malik 27 yaşlı Naama Issachar-ı əfv edib.

O narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə Rusiyada 7 il yarım müddətinə azadlıqdan məhrum edilmişdi.

Yanvarın 29-da verilmiş prezident fərmanında deyilir ki, “1993-cü il təvəllüdlü Naama Issachar humanizm prinsipləri əsasında cəzasının qalan müddətinin çəkilməsindən azad edilir”.

Fərman elan edildiyi gündən qüvvəyə minir.

26 yaşlı Issachar ötən ilin aprelində Hindistandan İsrailə uçarkən tranzit dayanacaq olan Moskvada həbs edilmişdi.

Polis onun əşyalarının arasından 9 qram marixuana tapdığını bildirmişdi.

Nəticədə israilli qadın narkotik maddə qaçaqmalçılığında ittiham olunmuşdu.

Ötən oktyabrda Moskva rayonlarından birinin məhkəməsi onu 7 il yarım müddətinə azadlıqdan məhrum etmişdi.

Putin yanvarın 23-də İsrailə səfəri zamanı Issachar-ın anası ilə görüşmüş və onun qızının azad olunacağını vəd etmişdi.

Putin həmin gün İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşündən sonra demişdi ki, “Naamanın yaxşı və ləyaqətli bir ailədən” olmasına inanır.

Yanvarın 30-da Moskvada Putinlə görüşü planlaşdırılan Netanyahu Rusiya prezidentinin qərarını alqışladığını bildirib.

XS
SM
MD
LG