Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:59

Putin nəhayət ictimaiyyətə göründü və medallarla təltif etdi


Vladimir Putin təltif mərasimində
Vladimir Putin təltif mərasimində

Rusiya prezidenti Vladimir Putin iyunun 12-də Rusiya Günündə bir neçə nəfəri “Əmək qəhrəmanı” qızıl medalı ilə təltif edib.

Bu, onun martın ortalarında koronavirus pandemiyasına görə özünü təcrid edəndən bəri qatıldığı ilk tədbiri idi.

O Moskvadakı Poklonnaya təpəsində dövlət bayrağının qaldırılması mərasimindən sonra ölkəni təbrik edib və vətəndaşları konstitusiyaya düzəlişlər üçün iyulun 1-də keçiriləcək səsverməyə qatılmağa çağırıb.

Şəxsən özü izah edəcək

Putin deyib ki, o konstitusiya düzəlişlərinin vətəndaşların əksəriyyəti tərəfindən dəstəkləndiyinə əmindir.

Bu düzəlişlərdən biri Putinə 2036-cı ilədək prezident postunda qalmaq imkanı yaradır.

Vedomosti qəzetinin yazdığına görə 1 iyuladək qalan müddətdə konstitusiyaya düzəlişlərinin “faydasını” şəxsən Putinin özü vətəndaşlara izah edəcək. Bu məqsədlə bir neçə xüsusi müşavirənin keçirilməsi nəzərdə tutulub.

“Əmək qəhrəmanınının qızıl ulduzu” medalı 2013-cü ildə təsis edilib, amma bir çoxları bunu Sovet İttifaqı zamanındakı “Sosialist Əməyi Qəhrəmanı” fəxri adının bərpası sayır.

Orden adətən Kremldə, hər ilin aprel ayında verilir. Bu il bu tədbir pandemiyaya görə təxirə salınmışdı.

Putin martın ortalarından bəri rəsmi məlumatlara görə Novo-Oqoryovadakı iqamətgahında özünütəcrid rejimində idi.

O ölkə rəsmiləri ilə müşavirələrini videobağlantı ilə aparırdı.

Putin hətta mayın 9-da Naməlum əsgər abidəsinə çiçək qoyanda da ətrafında heç kim yox idi.

Kreml karantindən çıxıb, Putin hələ yox

Bu arada RBK agentliyinin verdiyi xəbərdə deyilir ki, prezident administrasiyasının əməkdaşları iyunun 15-də iş yerlərinə qayıtmalıdırlar.

Onlar martın 30-dan bəri evdən işləyirdilər.

Interfax agentliyi Putinin sözçüsü Dmitry Peskova istinadən bildirir ki, iş yerinə qayıtmaq qərarı prezidentə aid deyil.

Sözçü deyib ki, Putin hələ bir müddət də özünütəcriddə olacaq.

Rusiya Günü 1992-ci ildən bəri hər il iyunun 12-də qeyd olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG