Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:39

Konstitusiya məhkəməsi Putinə 'hə' dedi


Rusiya Konstitusiya Məhkəməsi Konstitusiyaya dəyişiklikləri təsdiqləyib. Beləliklə indiki prezident Vladimir Putin daha 16 il hakimiyyətdə qala biləcək.

Başqa sözlə, Putinin indiyədək etdiyi prezidentlik, necə deyərlər, “sayılmır” və indi o, sıfırdan başlaya bilər.

Martın 13-də Rusiyanın bütün regional qanunverici orqanları cəmi iki günə prezident Vladimir Putinin xeyrinə olan Konstitusiya dəyişikliklərini təsdiqləmişdilər.

Daha əvvəlki Konstitusiya dəyişikliklərini müzakirə etmək daha çox zaman almışdı.

Ümumxalq səsverməsi aprelin 22-də keçiriləcək.

XS
SM
MD
LG