Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 12:36

Putin 11 generalı vəzifədən uzaqlaşdırdı


Rusiya prezidenti Vladimir Putin Rusiyanın iki əsas hüquq-mühafizə orqanının 11 vəzifəli zabitini işdən kənarlaşdırıb.

Prezidentin internet saytında dərc edilmiş məlumata görə Putinin fərmanı ilə Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin 11 generalı vəzifələrindən azad edilib.

Fərmanda bu generalların işdən çıxarılmasının spesifik izahatı verilmir.

Lakin eyni fərmanla İstintaq Komitəsinin zabiti Aleksandr Lavrov vəzifədə irəli çəklib. Bu müstəntiq teatr rejissoru Kirill Serebrennikovla bağlı cinayət işini aparırdı.

İndi Lavrov İstintaq Komitəsinin baş müstəntiqi olacaq.

Rusiyada bir çoxları rejissor Serebrennikova qarşı mənimsəmə ittihamı ilə açılmış cinayət işinin siyasi motivli olduğunu bildirirlər. Serebrennikov 1, 1 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

O bu ittihamları rədd edir və Rusiyanın aparıcı incəsənət xadimləri rejissorun Kremli tənqid etdiyinə görə təqib edildiyini deyirlər.

XS
SM
MD
LG