Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Putin erkən parlament seçkisi planından niyə imtina edib?


Vladimir Putin Dövlət Dumasında çıxış edərkən
Vladimir Putin Dövlət Dumasında çıxış edərkən

Rusiyanın müstəqil “Açıq media” saytının Federasiya Şurasında və parlamentdəki iki mənbəyə istinadən yazdığına görə, Kreml Dövlət Dumasına erkən seçki keçirilməsinə hazırlaşırdı, lakin hakim Vahid Rusiya partiyasının zəif reytinqinə və iqtisadiyyatda böhrana görə bu niyyətindən imtina edib.

Həmin mənbələr bildiriblər ki, bundan əvvəl Dövlət Dumasına erkən seçki keçirilməsi hakimiyyətin əsas ssenarisi idi. Lakin gözlənilən iqtisadi problemlər, iqtidaryönlü partiyanın reytinqinin çox aşağı olması və seçki fəallığının təmin edilməsinin çətinliyi planları və ssenarini dəyişib.

Kommunistlər elə qəzəbli idilər ki...

Apreldə Konstitusiyaya dəyişikliklərə dair keçiriləcək referendumdan dərhal sonra parlament seçkisinin keçirilməsini bu yaxınlarda Liberal-Demokrat Partiyasının lideri Vladimir Zhirinovsky və Vahid Rusiyanın həmtəsisçisi Aleksandr Karelin təklif etmişdilər.

Bu təklifə Ədalətli Rusiya partiyasının lideri Sergey Mironov da qoşulmuşdu.

Lakin təklif Vladimir Putinin parlamentdəki çıxışından sonra geri götürülüb.

Putin fikrini belə izah edib ki, guya parlamentdə konsensus yoxdur.

Meduza saytının məlumatına görə Rusiya Kommunist Partiyası bu qərardan o qədər qəzəbli idi ki, hətta Konstitusiyaya başqa dəyişikliklərin də əleyhinə səs verəcəyi ilə hədələmişdi.

"Açıq media” yazır ki, hakimiyyət erkən seçki ideyasına hələ də qayıda bilər.

Lakin bunun hansı şəraitdə baş verə biləcəyi məlum deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG